ELM VƏ TƏHSİL
Təhsil Nazirliyi yanında İctimai Şuranın Əsasnaməsi qəbul edilib
Bakı, 22 oktyabr, AZƏRTAC
Təhsil Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, iclasda İctimai Şuranın Əsasnaməsi (reqlamenti) qəbul edilib. Bakı Dövlət Universitetinin professoru Şahlar Əsgərov İctimai Şuranın sədri, təhsil eksperti Nadir İsrafilov sədr müavini və Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov isə məsul katib seçilib.
İclasda Şura üzvləri fəaliyyət planı ilə bağlı ilkin təklifləri müzakirə ediblər. Növbəti iclasda fəaliyyət planının təsdiqi nəzərdə tutulur.
Xatırladaq ki, Təhsil Nazirliyi yanında İctimai Şura Təhsil naziri Ceyhun Bayramovun 2019-cu il 11 iyul tarixli əmrinə əsasən yaradılıb. Şuranın yaradılmasında əsas məqsəd nazirliyin fəaliyyətində şəffaflığı artırmaq, eyni zamanda, təhsil sahəsində ictimaiyyətlə qarşılıqlı fəaliyyəti gücləndirməkdir.