TƏHSİL NAZİRLİYİNDƏ GÖRÜŞ
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, görüşdə nazir Misir Mərdanov ölkəmizdə təhsilin texnoloji proseslərlə təmin olunması sahəsində bütün beynəlxalq təşkilatlarla əməkdaşlığa diqqətlə yanaşıldığını bildirmiş və Azərbaycanda həyata keçiriləcək proqram layihəsinin təqdirəlayiq olduğunu vurğulamışdır.
Klaus Vehler Azərbaycandakı fəaliyyətlərini üç istiqamətdə quracaqlarını, “Universitet”, “Gələcək naminə təhsil”, “Orta məktəblər” proqramlarını həyata keçirəcəklərini bildirmişdir.
Görüşdə həmin proqramların ümumdünya miqyasında həyata keçirilməsindən söhbət açılmış, Çin, Rusiya, Almaniya və digər ölkələrdə bu sahədə əldə edilmiş təcrübə barədə məlumat verilmişdir.
Sonda Klaus Vehler yaxın vaxtlarda proqram layihəsinin tamamlanaraq təqdim ediləcəyini bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]