TƏHSİL NAZİRLİYİNDƏ GÖRÜŞ
Nazirliyin ictimaiyyətlə əlaqə şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə Misir Mərdanov təhsilimizin inkişafında Yaponiyanın Bakıdakı səfirliyinin gördüyü işləri yüksək qiymətləndirmiş və qeyd etmişdir ki, bu dövlətin maliyyə dəstəyi ilə ölkəmizdə 30-dan çox məktəb binası inşa olunmuşdur.
Qonaq Kyoçi Kutsuna FSAS şirkəti haqqında nazirə məlumat verərək bildirmişdir ki, İnternet yayımı və kompüter texnologiyaları sahəsində ixtisaslaşmış bu şirkətin illik ticarət dövriyyəsi təxminən 2 milyard ABŞ dolları məbləğindədir. O, həmçinin Azərbaycanın ali məktəblərini bitirən mütəxəssislərin seçilib həmin şirkətdə işə qəbul olunması ilə bağlı təkliflərin müzakirəsinin bu görüşün əsas məqsədi olduğunu söyləmişdir.
Bu təşəbbüsü alqışladığını bildirən M.Mərdanov Təhsil Nazirliyinin İnternet yayımı və kompüter texnologiyası sahəsində də FSAS şirkəti ilə əməkdaşlığa hazır olduğunu diqqətə çatdırmışdır.
Görüşdə, eyni zamanda, Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsindəki yapon dilinin tədrisi mərkəzinin maddi-texniki bazasının möhkəmləndirilməsi, azərbaycanlı tələbələrin Yaponiyada təhsil alması və digər məsələlər müzakirə edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]