ELM VƏ TƏHSİL
Təhsildə Keyfiyyət Təminatı Agentliyi: Avtomobil ustalarının nəzəri bilikləri qiymətləndirilib
Bakı, 22 fevral, AZƏRTAC
Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən avtomobillərin təmiri çilingəri peşə ixtisası üzrə fəaliyyət göstərən lakin peşəsi üzrə təhsil sənədi olmayan vətəndaşların nəzəri biliklərinin qiymətləndirilməsi məqsədilə test imtahanı keçirilib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, yüksək nəticə göstərən ərizəçilər bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsi mərhələsində iştirak edə biləcəklər. Yekunda uğurlu nəticə əldə edən ərizəçilərə avtomobillərin təmiri çilingəri peşə ixtisası üzrə sertifikatlar təqdim olunacaq, onların məşğulluq imkanlarına dəstək göstəriləcək.
Qiymətləndirmə Komissiyasına “Diamond Motors” MMC-nin nümayəndəsi Ziya Nəsirov, ekspert qismində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin müəllimi Elvar Baxşiyev cəlb edilib.