ELM VƏ TƏHSİL
Təhsilin bütün səviyyələrində təhsilalanlara rəqəmsal biliklər aşılanacaq
Bakı, 22 iyul, AZƏRTAC
Təhsilin bütün səviyyələrində təhsilalanlara rəqəmsal biliklər aşılanacaq. Qlobal informasiya məkanından istifadə üçün maarifləndirmə tədbirləri həyata keçiriləcək. Təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyaları əsaslı infrastruktur inkişaf etdiriləcək. Nəticədə, tədris prosesində və idarəetmədə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi genişləndiriləcək.
AZƏRTAC xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əksini tapıb.
Xatırladaq ki, Prezident İlham Əliyev iyulun 22-də “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.