ELM VƏ TƏHSİL
Tələbələr Koreya dili üzrə beynəlxalq qabiliyyət imtahanında yüksək nəticə göstəriblər
Bakı, 1 iyun, AZƏRTAC
Azərbaycan Dillər Universitetində (ADU) Koreya dili üzrə beynəlxalq qabiliyyət imtahanı (TOPİK) keçirilib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, imtahanda tərcümə fakültəsinin Koreya dili ixtisası üzrə təhsil alan tələbələri ilə yanaşı, bu dili fərdi olaraq öyrənən şəxslər də iştirak ediblər.
Bu il sayca 52-ci dəfə keçirilən Koreya dili üzrə beynəlxalq qabiliyyət imtahanı vermək üçün 47 nəfər müraciət edib. İmtahanın nəticələri topik.go.kr saytında elan edilib. ADU-nun tərcümə fakültəsinin Koreya dili ixtisası üzrə təhsil alan I kurs tələbələri Yemən Əzizzadə və Aydan Hacıyeva beynəlxalq qabiliyyət imtahanında tam nəticə (200/200) əldə ediblər.
Qeyd edək ki, Koreya dili üzrə beynəlxalq qabiliyyət imtahanı 2006-cı ildən etibarən Azərbaycanda yalnız ADU-da ildə iki dəfə keçirilir.