ELM VƏ TƏHSİL
TƏLƏBƏLƏRİN İNFORMATİKA ÜZRƏ ÜMUMRESPUBLİKA OLİMPİADASI KEÇİRİLƏCƏKDİR
Heydər Əliyev Fondu, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN), Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti gününə həsr olunmuş ali məktəb tələbələri arasında informatika üzrə ümumrespublika olimpiadası keçiriləcəkdir.
RİTN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, olimpiada iki mərhələdə təşkil olunmuşdur. Birinci seçim mərhələsi aprelin 5-də, final mərhələsi isə mayın 3-də start götürəcəkdir. Seçmə mərhələsində balların 30 faizini toplamış komandalar final mərhələsində iştirak hüququ qazanacaqlar.
Olimpiadada ali məktəblərin tələbələrindən ibarət komandalar və məktəblilərdən ibarət iki yığma komanda iştirak edəcəkdir.