İQTİSADİYYAT
Teleradio yayımçılarının peyk ilə xarici ölkələrdə yayımının təşkili üçün “Azərkosmos”a 2 milyon manat ayrılıb
Bakı, 5 fevral, AZƏRTAC
Azərbaycandakı ümumölkə teleradio yayımçılarının peyk vasitəsilə xarici ölkələrdə yayımının təşkili üçün “Azərkosmos” ASC-yə 2 milyon manat ayrılıb.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev fevralın 5-də “Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumölkə teleradio yayımçılarının xarici ölkələrdə yayımının təşkilinə dövlət dəstəyi verilməsi haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycanda fəaliyyət göstərən ümumölkə teleradio yayımçılarının peyk vasitəsilə xarici ölkələrdə yayımını təşkil etmək üçün 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan “Azərkosmos” ASC-yə 2 milyon manat ayrılıb.