Azərbaycan Dövlət İnformasiya Agentliyi

ORDU

Təlimdən təlimə daha bir yenilik

Ordumuz bu il ərzində keçirilən təlimlərdə bir çox yeniliklərə imza atdı, yaddaqalan anlar yaşandı, uğurlar əldə edildi, qürur doğuran qələbələr qazanıldı.

Bakı, 6 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə və təsdiq edilmiş döyüş hazırlığı planına əsasən, 3 minədək şəxsi heyət, 30-dan artıq döyüş gəmisi, katerlər, 20-dək döyüş təyyarəsi, helikopterlər və 20-dən çox raket-artilleriya qurğusunun da cəlb edildiyi son irimiqyaslı təlimlər uğurla başa çatıb.

Təlimlərin əsas mərhələsində Müdafiə Nazirliyinin rəhbər heyəti komanda idarəetmə gəmisində dəniz poliqonunda təlim tapşırıqlarını yerinə yetirən qüvvə və bölmələrin manevrlərini və döyüş atışlarını izləyib. Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri, Raket və Artilleriya Qoşunlarının qüvvə və vasitələri, eləcə də xüsusi təyinatlıların iştirakı ilə keçirilən təlimlərin ilkin mərhələsində HDQ-nin tam döyüşə hazır vəziyyətə gətirilməsi, gəmi qruplarının, hissə və bölmələrin cəmləşmə rayonlarına çıxışı, komplektləşdirmə və döyüş uzlaşması tapşırıqları müvəffəqiyyətlə icra olunub. Təlimlərin yekun mərhələsində terror-diversiya qrupları tərəfindən ələ keçirilmiş ticarət gəmisinin və neft ixrac özülünün azad edilməsi, həmçinin Xəzər dənizinin əməliyyat zonasına qeyri-qanuni daxil olan şərti düşmən gəmilərinin məhv edilməsi məqsədilə Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri və helikopterləri, sahilboyu yerləşdirilən Raket və Artilleriya Qoşunlarının qüvvə və vasitələri, o cümlədən xüsusi təyinatlılar qarşılıqlı əlaqədə təlim-döyüş tapşırıqlarını yerinə yetiriblər. Döyüş atışları ilə həyata keçirilən təlimlərin əsas mərhələsində şərti düşmənin hədəfləri məhv edilərək qarşıya qoyulan tapşırıqlar uğurla icra edilib.

Əvvəl keçirilən təlimlərdə olduğu kimi, bu təlimlərdə də hərbçilərimiz daha bir yeniliyə imza atdılar. Xəzər dənizinin Azərbaycana mənsub hissəsində şərti düşmənin hədəflərini məhv etmək və gəmi qruplaşmalarına atəş dəstəyi vermək üçün sahilboyu yerləşdirilən Raket və Artilleriya Qoşunlarının bölmələrindən də istifadə edildi. Ümumilikdə götürdükdə son iki il ərzində Silahlı Qüvvələrimizin keçirdiyi təlimlərdə bir-birinin ardınca bir çox yeniliklərə imza atılıb.

Ehtiyata buraxılan zabitlərin, çavuşların və əsgərlərin də cəlb edilməsi ilə təlimlərin baş tutması Azərbaycan Ordusunun daha bir yeni uğuru idi. Həmin təlimlərdə ehtiyatda olan hərbi vəzifəlilərə praktiki məşqlər keçməklə yanaşı, Silahlı Qüvvələrimizdə həyata keçirilən islahatlardan danışılıb, silahlanmaya yeni qəbul edilən ən müasir silah və texnikanın tətbiqi ilə bağlı dərslər keçirilib və praktiki atışların icrası yerinə yetirilib. Müdafiə Nazirliyinin sifarişinə uyğun olaraq, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə və şöbələri tərəfindən 13 mindən artıq ehtiyatda olan hərbi vəzifəli təlimlərə çağırılıb. Onların hərbi uçot məsələləri ilə bağlı tədbirlər təşkil edilib, səfərbərlik hazırlığı və səfərbərlik üzrə çağırış dövrü üçün planlar dəqiqləşdirilib, yaradılması nəzərdə tutulan yeni hərbi hissələrin şəxsi heyətlə tam komplektləşdirilməsi qarşılıqlı şəkildə və yüksək səviyyədə həyata keçirilib. Eyni zamanda, təlimlərə ehtiyatdan cəlb edilmiş hərbi vəzifəlilərlə döyüş hazırlığı, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlıq səviyyəsinin yüksəldilməsi, silah və hərbi texnikadan istifadə qaydaları və döyüş uzlaşması üzrə təlim-məşqlər də keçirilib.

Müdafiə naziri ehtiyatdan çağırılan şəxsi heyətə, təlim toplanışında mütəşəkkil qaydada iştirak etdiklərinə, bir an belə tərəddüd etmədən Vətənin müdafiəsi üçün şərəf və vicdanla yenidən xidmətə cəlb olunmağa hazır olduqlarına görə təşəkkür edib. Görüşdə nazir bildirib ki, onlar bu təlimlərdə iştirak etməklə döyüş qabiliyyətlərini, hərbi ixtisaslarını və təcrübələrini təkmilləşdirmək, silahlanmada olan yeni, müasir və modernləşdirilmiş silah və hərbi texnikanın nümunələri ilə yaxından tanış olmaq, onun düzgün istifadəsi və istismarı qaydalarını bilmək imkanı əldə ediblər.

İlk dəfə olaraq, təlimlərə KİV nümayəndələrinin qatılması və keçirilən məşq prosesini canlı izləmələri də bir yenilik olub. Hərbi Dəniz Qüvvələrində, sonra isə başqa qoşun növlərinin də cəlb edilməsi ilə keçirilən təlimlərdə jurnalistlərin iştirak etməsi, təlimləri, hətta döyüş tapşırıqlarının yerinə yetirilməsini canlı izləməsi və reportajlar hazırlaması Silahlı Qüvvələrdə baş verən yeniliklərin bariz nümunəsi idi. Sonra Müdafiə Nazirliyinin dəstəyi ilə müharibədən, döyüşdən, Silahlı Qüvvələrdən yazan media mənsubları üçün döyüş bölgəsində yerləşən hərbi hissədə təlimlər və praktiki məşğələlər təşkil edilməsi də hazırlıq proseslərin tərkib hissəsi idi.

Müdafiə Nazirliyinin keçirdiyi təlimlərdə maraq doğuran yeni amillərdən biri də ictimaiyyət nümayəndələrinin irimiqyaslı təlim iştirakçıları ilə görüşü oldu. Təlimlərin planına əsasən, rayon icra hakimiyyəti əməkdaşlarının, Ağsaqqallar Şurasının, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının, Qadınlar Şurasının və digər ictimai qurumların nümayəndələrinin irimiqyaslı təlimlərə cəlb edilən şəxsi heyətlə görüşü keçirilib. Təlim poliqonunda rayon fəalları ilə görüşən müdafiə naziri, general-polkovnik Zakir Həsənov Vətən və xalq qarşısında hər kəsin məsuliyyətinə diqqət çəkərək bu tədbirdə iştirak etdiklərinə görə onlara təşəkkürünü bildirib. Ali Baş Komandanın diqqət və qayğısı nəticəsində qısa müddətdə Silahlı Qüvvələrimizdə xeyli işlər görüldüyünü qeyd edən nazir əsgər və zabitlərimizin, o cümlədən təlimlərə cəlb edilən şəxsi heyətin döyüş hazırlığının yüksək səviyyədə olduğunu vurğulayıb. Təlimlərdə iştirak edən şəxsi heyətlə görüşən, silah-sursat və döyüş texnikası ilə tanış olan qonaqlar Silahlı Qüvvələrimizin təminatından, əsgər və zabitlərimizin vətənpərvərlik ruhundan razı qaldıqlarını bildiriblər. Sonra isə şəxsi heyət üçün artıq ənənə halı alan mədəni kütləvi tədbirlərin və konsertlərin təşkil edilib. Belə tədbirlər təlim iştirakçıları tərəfindən də hərarətlə qarşılanır.

Növbəti təlim isə yerli icra və idarəetmə orqanları strukturlarının, təşkilat və idarələrin də döyüş əməliyyatları zamanı fəaliyyətinin təşkili və Müdafiə Nazirliyi ilə birgə uzlaşdırılmış tədbirlərin həyata keçirilməsi məqsədilə təşkil olunub. Həmin təlimə rayon rəhbərləri də cəlb ediliblər. Müdafiə Nazirliyinin rəhbərliyi və cəbhəboyu rayonların icra hakimiyyətləri başçılarının iştirakı ilə keçirilən xidməti müşavirədə qarşılıqlı fəaliyyətlərin təhlil edilməsi, hərbi əməliyyatlar zamanı mülki təşkilatlarla hərbçilərin birgə fəaliyyət planlarının dəqiqləşdirilməsi, ictimaiyyətlə əlaqələrin gücləndirilməsi məqsədilə konkret addımların atılması üçün planların hazırlanması da yenilik kimi qəbul edilməlidir. Müşavirədə, həmçinin döyüş əməliyyatları zamanı cəbhəboyu rayonların mülki əhalisinin və qeyri-hərbi obyektlərin, infrastrukturların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlər də müzakirə olunub.

Təlimlər zamanı ilk dəfə tətbiq edilən yeniliklərdən biri də şərti düşmən arxasına hava desantının paraşütlə atılması oldu. Mürəkkəb iqlim şəraitində fəaliyyət göstərən desantçılar qarşılarına qoyulan vəzifələri uğurla yerinə yetirərək təlimlərdə iştirak edən digər qüvvələrin irəliləyərək qələbə qazanmalarına şərait yaratdılar.

Müdafiə Nazirliyi daha bir yeniliyin təməlini növbəti irimiqyaslı taktiki təlimlərdə qoydu. Bu isə təlimlərdə iştirak edən şəxsi heyətin, silah və texnikanın gecə məşqlərinə cəlb edilməsi və məhdud görmə şəraitində döyüş atışlarının yerinə yetirməsi sınağından uğurla çıxması oldu. Təlimin ssenarisinə əsasən, gecə şəraitində şərti döyüşdə iştirak edən əsas qüvvələr və himayə bölmələri tapşırıqları müvəffəqiyyətlə icra ediblər. Motoatıcı və tank bölmələri, raket və artilleriya qurğuları, zenit-raket kompleksləri, təyyarə və helikopterlər döyüş atışlarını və raket buraxılışlarını, o cümlədən bombalamanı həyata keçiriblər. İlk dəfə gecə vaxtı və məhdud görmə şəraitində keçirilən birgə təlimlərin bütün elementləri dəqiq və peşəkarlıqla yerinə yetirilib. Təlimlərdə iştirak edən şəxsi heyətin döyüş hazırlığı, bacarığı və döyüş əzmi Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. Bu təlimlərdə 15 minədək şəxsi heyət, 200-dək zirehli texnika, raket və artilleriya qoşunlarının 300-dən artıq qurğusu, Hərbi Hava Qüvvələrinin 12 döyüş helikopteri və 8 döyüş təyyarəsi, həmçinin qruplaşmanın havadan mühafizəsi məqsədilə müasir müdafiə kompleksləri ilə silahlanmış hava hücumundan müdafiə bölmələri və zenit-raket birləşmələri iştirak edib.

Növbəti təlimlərdə isə ikinci eşelonda olan, eləcə də ehtiyat qüvvələrin “Həyəcan” siqnalı ilə qaldırılması, bütün texnika və ştat silah-sursatı ilə cəmləşmə rayonlarına çıxarılması və “Döyüşə” yeridilməsi oldu. Əməliyyat ehtiyatları avtomobil və dəmir yolu ilə ölkənin dərinliklərindən əməliyyat bölgəsinə daşındı. Ehtiyat qüvvələrin döyüş fəaliyyətlərinə qısa zamanda hazırlanmasını təmin etmək məqsədilə təlim mərkəzlərində tezləşdirilmiş proqram üzrə döyüş hazırlığı məşğələləri də keçirilib.

İlk dəfə olaraq, irimiqyaslı birgə taktiki təlimlərin növbəti mərhələsində iştirak etmək üçün Türkiyə Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri Azərbaycana gəldi. Təlimlərdə hər iki ölkəyə məxsus 30-dan artıq aviasiya vasitələri, o cümlədən, “MiQ-29”, “F-16” qırıcı, “Su-25” hücum və “C-130 Herkules” hərbi-nəqliyyat təyyarələri, “Mi-24”, “AH-1W Super Cobra” döyüş və “Mi-17”, “Sikorski UH-60” döyüş-nəqliyyat helikopterləri iştirak etdi. Təlimlərdə iki ölkənin Hərbi Hava qüvvələrinin müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və döyüş uzlaşması imkanlarının öyrənilməsi, havadan zərbələr endirməklə yer hədəflərinin məhv edilməsi, o cümlədən şərti hava döyüşlərini imitasiya etməklə müxtəlif manevrlər yerinə yetirərək praktiki təlim-döyüş uçuşları üzrə tapşırıqlar icra olunub.

Türkiyə Hərbi Hava Qüvvələrinin pilotları Azərbaycan pilotları ilə birgə ikiyerli döyüş-təlim “MiQ-29” və “F-16” tipli qırıcı təyyarələrdə ölkəmizin hava məkanındakı uçuş zonaları, ərazidəki hərbi aerodromların qalxma-enmə zolaqları, marşrut üzrə aeronaviqasiya vəziyyəti və ehtiyat aerodromlarındakı şəraitlə tanış olmaq məqsədilə uçuşlar həyata keçirdilər. Növbəti mərhələdə hərbi helikopterlərdə döyüş uçuşları, müxtəlif manevrlər yerinə yetirən pilotlar şərti döyüş imitasiya olunmaqla quru qoşunlarına dəstək vermək məqsədilə yer hədəflərinə atışlar etdilər.

Təlim iştirakçıları ilə görüşən müdafiə naziri bildirib: “Bundan əvvəl də Azərbaycan və Türkiyənin müxtəlif qoşun növlərinin iştirakı ilə birgə təlimlər keçirilib. Ancaq hər iki dövlətin Hərbi Hava qüvvələrinin birgə təlimləri və özü də Azərbaycanda keçirilməsi bu ilk dəfədir ki, baş tutur. Ən vacibi odur ki, Azərbaycan və Türkiyə hərbi pilotları birgə döyüş tapşırıqlarını yerinə yetirərkən bir-birini sığortalamaqla, bir-birinə döyüşdə dəstək verməklə təlimlər keçirlər”.

Hərbi hava və hava hücumundan müdafiə qüvvələrinin keçirdiyi birgə təlimlərdə ilk dəfə olaraq, hava hədəflərinin məhv edilməsi üçün müxtəlif sistemlərdən döyüş atışları icra edilib və hədəflərin dəqiq məhv edilməsinə nail olunub. Təlimin ssenarisinə əsasən, hava məkanını pozan şərti düşmən haqqında informasiya, döyüşü idarəetmə məntəqəsinə çatdırıldıqdan sonra hədəflər haqqında məlumat divizionlara ötürülərək hədəflər izlənməyə götürülüb. Vaxtında aşkarlanan düşmən “S-300 PMU” və “S-125 2TM” tipli zenit-raket komplekslərinin atəşi ilə məhv edilib. Təlimlər zamanı ehtimal olunan düşmənin intensiv radioelektron və atəş təsiri şəraitində pilotsuz və pilotlu hava hücumu vasitələrini, digər hava hədəflərini, o cümlədən ballistik və qanadlı raketlərini aşkarlamaq, tanımaq, avtomatik izləməyə götürmək və atəşlə məhv etmək kimi praktiki məşqlər də həyata keçirilib. Bu zaman əsas məqsəd şəxsi heyət tərəfindən döyüş tapşırığının düzgün yerinə yetirilməsinin müəyyən edilməsi, hərəkətdə olan qoşun qruplaşmalarının, mühüm hərbi və mülki obyektlərin hava zərbələrindən mühafizəsinin təşkil olunması idi ki, buna da uğurla nail olunub.

Hava Hücumundan Müdafiə Qoşunlarının hərbi hissələrində döyüş atışlı növbəti təlimlərin keçirilməsi ilə əlaqədar müvafiq qüvvə və vasitələr qəfil “Həyəcan” siqnalı ilə döyüş hazırlığı vəziyyətinə gətirilib. Təlimin ssenarisinə əsasən, hava məkanını pozan şərti düşmən aşkarlanaraq izlənməyə götürülüb və təlim-döyüş tapşırığının yerinə yetirilməsi zamanı kiçik həcmli, aşağı yüksəklikdə, qrup halında uçan hədəflər raket zərbələri ilə dərhal məhv edilib. Döyüş tapşırığının yerinə yetirilməsi təlim mərkəzində “Osa” zenit-raket komplekslərinin istifadəsi ilə həyata keçirilib. Qarşıya qoyulan vəzifə və tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib, şəxsi heyətin döyüş hazırlığı, bacarığı və qarşılıqlı fəaliyyəti Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.

Təlimlərdə tətbiq edilən daha bir yenilik Pilotsuz Uçuş aparatlarından (PUA) istifadə olunmasıdır. PUA-ları uğurla tətbiq etməyi öyrənən bölmələrimiz döyüş əməliyyatlarında daha böyük operativ-taktiki üstünlüyə nail olmaq imkanı əldə etdilər.

Müxtəlif qoşun növlərində plana uyğun keçirilən təlimlərdə də yaddaqalan anlar yaşandı, uğurlar əldə edildi, qürur doğuran qələbələr qazanıldı. Mühəndis-istehkam bölmələri ilə keçirilən taktiki təlimin keçirilməsində əsas məqsəd mürəkkəb əməliyyat şəraitində hərbi əməliyyatın mühəndis təminatının yerinə yetirilməsi ilə bağlı komandirlərin bacarığını və bölmələrin idarə edilməsini praktiki fəaliyyətdə yoxlamaq, qərargahların döyüşə hazırolma dərəcələrinə gətirilmə vərdişlərini təkmilləşdirmək, yaranmış şəraitə uyğun əsaslandırılmış qərar qəbul etmək, vəziyyəti qiymətləndirmək idi. Həmçinin şəxsi heyətin bölmələr tərkibində mühəndis təminatı tapşırıqlarının yerinə yetirilməsi zamanı mənəvi-psixoloji dözümlülüyünü artırmaq da əsas məqsədlərdən olub. Plana əsasən, əvvəlcə hərbi hissə döyüşə hazır vəziyyətə gətirilib və əməliyyatın mühəndis təminatının yerinə yetirilməsi üzrə tapşırıqlar məşq edilib. Bölmələr birbaşa təyinatları üzrə praktik məşğələdə iştirak edib, şəxsi heyətə xüsusi avadanlıq, mühəndis qoşunlarında silahlanmaya yeni qəbul edilmiş müasir texnika və vasitələr barədə məlumat verilib, onların praktiki tətbiqi öyrənilib. Burada tank körpüquranları, maneələğvetmə texnikası, partlamayan maneələr və mühəndis döyüş sursatlarının yeni növləri nümayiş etdirilib, müxtəlif tapşırıqlar praktiki olaraq yerinə yetirilib.

Kimya Qoşunlarının döyüş hazırlığının yoxlanılması məqsədilə keçirilən təlimlərdə qərargahların döyüşə hazırolma dərəcələrinə gətirilmə vərdişləri təkmilləşdirilmiş, qarşılıqlı əlaqənin təşkili üzrə təcrübə mübadiləsi həyata keçirilməsi, həmçinin şəxsi heyətin bölmələr tərkibində kimya təminatı tapşırıqları praktiki icra edilib. Eləcədə şəxsi heyət ərazinin maketi, xüsusi texniki vasitə və avadanlıq, kimya-müşahidə postu, kütləvi qırğın silahlarından mühafizə texnikası və qurğuları ilə tanış olub, bölmələr birbaşa təyinatları üzrə qarşıya qoyulmuş digər tapşırıqları da praktiki olaraq yerinə yetiriblər.

Bundan əlavə, qısa zaman kəsiyində bir-birinin ardınca Komanda Qərargah Hərbi Oyunları, birlik və birləşmələrdə, hərbi hissələrdə döyüş atışlı taktiki təlimlər keçirilib, hərbi qulluqçuların peşəkarlığının və nəzəri biliklərinin artırılması, praktiki vərdişlərinin möhkəmləndirilməsi məqsədilə hazırlıq məşğələləri təşkil edilib, şəxsi heyətə real döyüş şəraitinə uyğun vəziyyətdə zirehli texnikaların idarə edilməsi, manevr imkanları öyrədilmiş, silahlanmada olan, eləcədə yeni qəbul edilmiş müxtəlif çaplı silahlardan praktiki istifadə etmək bacarıqları təkmilləşdirilib. Bütün səviyyələrdə motoatıcı, tank və digər qoşunlar arasında qarşılıqlı əlaqənin yaradılması və döyüş tapşırıqlarının yerinə yetirilməsini təkmilləşdirmək məqsədilə keçirilən təlimlərdə tapşırıqlar istənilən hava və iqlim, çətin və ağır relyef, o cümlədən gecə və məhdud görmə şəraitində döyüş atışları ilə tam müharibə vəziyyətinə yaxın elementlərlə icra olunub.

Silahlı Qüvvələrimizin döyüş hazırlığı prosesində diqqət çəkən addımlardan biri də müdafiə nazirinin təsdiq etdiyi hazırlıq planına əsasən, hərbi hissə və bölmələrdə, müxtəlif hərbi peşələr üzrə “Ən yaxşı” heyət və ya “Ən yaxşı mütəxəssis” adı uğrunda yarışların keyfiyyətinin artırılmasıdır. Sağlam rəqabət, gərgin yarışma şəraitində keçirilən məşqlərdə Silahlı Qüvvələr üzrə ən yaxşı heyətlər və mütəxəssislər müəyyən edilir, seçilir, onlara təcrübələrini döyüşçü dostları ilə bölüşmək, öyrətmək üçün şərait yaradılır və qaliblər mükafatlandırılır.

Son vaxtlar Silahlı Qüvvələrimizin nümayəndələrinin iştirakı ilə keçirilən çoxmillətli birgə təlimlər də peşəkarlığın artırılması və qabaqcıl təcrübələrin öyrənilməsi baxımından da böyük önəm daşıyır.

Daha bir nailiyyət tankçılarımızın beynəlxalq hərbi oyunlarda uğurlu iştirakıdır. Bu yarışlara qatılmağın özü də uzunmüddətli və böyük zəhmət tələb edən təlim prosesidir. Belə ki, beynəlxalq yarışlarda iştirak edəcək heyətlərin seçilməsi üçün Müdafiə Nazirliyinin tank bölmələrində əvvəlcə bölük səviyyəsində, sonra isə birlik, birləşmə səviyyəsində təlim-məşqlər, müsabiqələr keçirildi. Sonda Silahlı Qüvvələr səviyyəsində ən yaxşı sürücü-mexanik, tuşlayıcı-operator və tank komandiri adı uğrunda yarışlar təşkil olunub. Beynəlxalq hərbi yarışlarda iştirak edəcək heyətlər də məhz bu müxtəlif səviyyəli təlimlərin, yarışların qalibləri sırasından Müdafiə Nazirliyinin zabit-tank mütəxəssisləri tərəfindən seçilib. Danılmaz faktdır ki, tank heyətlərinin ilk dəfə beynəlxalq səviyyəli oyunlara qatılmalarına baxmayaraq, qürurverici nailiyyətlər əldə etməsi, parlaq qələbələr qazanması tankçılarımızla yanaşı, onları hazırlayan mütəxəssislərin və seçim edən münsiflər heyəti üzvlərinin də peşəkarlığından xəbər verir. Mətbuatdan da xəbər verildiyi kimi, 15 mərhələdən ibarət olan və 17 ölkədən 54 tank heyətinin iştirak etdiyi “Tank biatlonu” müsabiqəsinin yarımfinalında Azərbaycan da daxil olmaqla 12 ölkənin komandası iştirak edib. Beynəlxalq hərbi turnirdə tankçılarımız ümumi nəticədə yeddinci yerə, ən yaxşı heyət siyahısında reytinqə görə sıralamada isə beşinci yerə layiq görülüblər. “Tank biatlonu” müsabiqəsində ilk dəfə iştirak edən Azərbaycan tankçıları müxtəlif tapşırıqları yüksək səviyyədə yerinə yetirərək hədəfləri ustalıqla məhv edib, maneələri bacarıqla keçərək yüksək idarəçilik qabiliyyəti nümayiş etdiriblər. Qeyd edək ki, müsabiqəyə öz tankları ilə qatılan komandalardan fərqli olaraq, hərbçilərimiz püşkatma yolu ilə onlara düşən tanklarda çıxış etmələrinə baxmayaraq, ayrı-ayrı mərhələlərdə qaliblər sırasında olublar. Ümumi nəticədə Ermənistan komandasını geridə qoyan tankçılarımızın peşəkarlığı, bacarığı yarışların münsiflər heyəti, hakimlər, eləcə də mütəxəssislər və müxtəlif ekspertlər tərəfindən yüksək qiymətləndirilib.

“Beynəlxalq Ordu Oyunları-2016” yarışları çərçivəsində keçirilən “Xəzər kuboku - 2016” yarışları üç mərhələdən-gəmi silahının təyinatı üzrə istifadəsi, sağqalma uğrunda mübarizə, eləcə də dəniz vərdişləri və xilasetmə hazırlığından ibarət idi. Ən müasir Hərbi Dəniz Qüvvələrinə malik ölkələrin dənizçiləri ilə yarışlara qatılmaq da təcrübə qazanmaq baxımından uğurlu addımdır. Müsabiqədə Azərbaycan, Qazaxıstan və Rusiyadan olan komandaların heyətində ümumilikdə 130 nəfər iştirak edib. Azərbaycanın hərbi dənizçiləri Xəzər dənizinin poliqonlarında ilk olaraq “hava hədəfləri”nə atışlar keçiriblər. Azərbaycanın “G-124” patrul-mühafizə gəmisinin heyəti müsabiqənin ilk iki elementini müvəffəqiyyətlə yerinə yetiriblər. Növbəti mərhələlərdə dənizçilər artilleriya qurğularından üzən minaya atışlar və gəmi manevri keçirilib, gəminin sağ qalması üçün mübarizə zamanı gəminin dəliklərinin tutulması və gəmiyə dolmuş suyun çəkilməsi üzrə normativləri yerinə yetirib. Son mərhələdə xilasedici vasitələrdən istifadə etməklə qəza vəziyyətinə düşmüş gəmini vaxtında tərk etmək tapşırığı icra olunub. Müsabiqənin ümumi nəticələrinin bal hesabına uyğun olaraq, hərbi dənizçilərimiz 2-ci yeri tutub.

Diqqət çəkən məqamlardan biri də odur ki, təlimlər başa çatdıqdan, nəticələr geniş təhlil edildikdən sonra müdafiə nazirinin tapşırığına əsasən, təlim mərkəzlərinin, poliqonların təkmilləşdirilməsi, yenilənməsi, müasir dövrün döyüş tələblərinə uyğunlaşdırılması, təlimlərin səmərəliliyinin artırılması istiqamətində görülən işlərin və tikilən yeni təlim mərkəzlərinin, poliqonların açılışlarının da şahidi olduq. Bu isə gələcəkdə döyüş meydanlarında ordumuzun daha parlaq qələbələr əldə etməsinə zəmin yaradacaq ən əsas amillərdən biridir. Çünki keçirilən təlimlər qoşunlar və hərbçilər üçün döyüşün akademiyasıdır.

Yuxarıda qısa olaraq sadaladıqlarımız ilk baxışdan gəlişigözəl olan və müxtəlif tədris materiallarından götürülmüş ifadələr təsiri bağışlayır. Amma təlimlərdə iştirak edənlər bilir, iştirak etməyənlər də bilməlidirlər ki, bütün bu məşğələlər, məşqlər, təlimlər, döyüş atışları, hərbi oyunlar böyük insan əməyi, mənəvi, fiziki, zehni zəhmət tələb edən prosesdir. Eyni zamanda, hərbi təlimlərin böyük maddi-maliyyə imkanları hesabına başa gəldiyini də unutmaq olmaz. Bu təlimlər ordumuzun gücünü, qüdrətini, peşəkarlığını nümayiş etdirməyə, döyüş qabiliyyətini artırmağa şərait yaratmaqla yanaşı, ölkəmizin və dövlətimizin iqtisadi qüdrətinin parlaq təcəssümü və qələbəsidir. Bütün bunlar danılmaz faktlar və reallıqdır.

Hərbi jurnalist İsa İsmayılov

Məqalədə Müdafiə Nazirliyi Mətbuat Xidmətinin

materiallarından istifadə edilib

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şahdilidə ekoturizm yarışması

Gürcüstan Parlamentinin sədri ABŞ senatorlarını sərt tənqid edib

Bu gün ali təhsil müəssisələrinin magistraturalarına II cəhd qəbul imtahanı keçirilib

On doqquzuncu İstanbul yarımmarafonunun qalibləri müəyyənləşib

“Şərq-Qərb” avtomagistralının Gürcüstandan keçən Şorapani-Arqveta hissəsi istifadəyə verilib

Türkiyə-Yunanıstan sərhədində 811 metrlik körpü inşa ediləcək

Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Abşeron rayonunda vətəndaş ona hədiyyə edilən sənədləri olmayan ov tüfəngini könüllü polisə təhvil verib

Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb

Nijni Novqorodda Azərbaycan məhsullarının təqdimatı keçirilib

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir

Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla yad edib

Cəlilabadda yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satıldığı üç mağaza aşkarlanıb

ADPU-da “Təhsildə psixoloji xidmətin aktual problemləri” mövzusunda birinci Respublika Forumu keçirilib

Laçın və İrpen şəhərləri qardaşlaşacaq

“15-ci Petersberq İqlim Dialoqu” Azərbaycanı dəstəkləyir!

“Avroviziya 2024" mahnı müsabiqəsində səslənəcək “Özünlə apar” mahnısına çəkilmiş klip təqdim edilib

Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə vakansiya seçimi mərhələsi yekunlaşır

Böyük Britaniyanın Azərbaycandakı səfiri Naxçıvanla bağlı paylaşım edib

Kambocada bomba partlayışı nəticəsində 20 hərbçi ölüb

Zəngilanda silah-sursat aşkar edilib

Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib VİDEO

Yevlaxda avtoxuliqanlıq edən şəxs saxlanılıb

“Bulaq” verilişinin əvəzsiz aparıcısı

Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb

ABŞ-də Azərbaycana investisiya imkanları müzakirə edilib VİDEO

Rusiyada zəlzələ baş verib

Bu gün yazıçı Qılman İlkinin anadan olmasının 110 ili tamam olur

Magistraturaya II cəhd qəbul imtahanı keçirilir

Qlobal istiləşmə sualtı qayıqların aşkar edilməsini çətinləşdirir

Marseldə Olimpiya məşəlinin qarşılanması mərasiminə 6 min polis cəlb olunacaq

“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb

Britaniyada deputat başqa partiyaya keçib

Ağdam rayonu ərazisində mina hadisəsi baş verib

Gənc Tamaşaçılar Teatrının səhnəsində “Ana” tamaşası nümayiş olunub

Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapıb

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini aşkarlayıblar

Avropa Kosmik Agentliyi: Mövsüm dəyişikliyi zamanı Marsın səthini hörümçəyi xatırladan ləkələr örtür

Alimlər qədim nəhəng qızılbalıqların köpək dişləri olduğunu aşkar ediblər

İstanbul derbisi: “Fənərbağça” doğma meydanda “Beşiktaş”a qalib gəlib

Ankarada keçirilən forumda Qərbi Azərbaycanın tarixi irsi müzakirə olunacaq

“Rəqsin ürəyi Şəkidə döyünür” adlı konsert proqramı təqdim olunub

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Moskvada Qara Qarayev adına beynəlxalq müsabiqənin laureatlarının qala-konserti keçirilib

“Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Sumqayıtda kanalda batan uşağın cəsədi tapılıb

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib VİDEO

Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

“Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans keçirilib

"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO

Pakistanın hərbi təhsil üzrə nümayəndələrinə Azərbaycan Ordusundakı islahatlar barədə məlumat verilib

® "Nar"dan sərfəli smartfon təklifi

ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi 1,7 milyard dolları ötüb - EKSKLÜZİV

İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var

Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Baş direktor: COP29-un Azərbaycanda keçirilməsi ölkənin bərpaolunan enerji mənbələrinə keçiddə potensialını göstərir

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

Zirvələrə yüksələn zərif insan ömrü

Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

Tanınmış basketbol hakimi hava limanında ətir oğurlayarkən saxlanılıb

Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədidə bir sıra görüşlər keçirib

Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb - EKSKLÜZİV

Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə "Qərbi Azərbaycana qayıdış" olimpiadasında 3371 nəfər iştirak edib

Akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib

“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər VİDEO

Abşeron rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şahin Bayramov: Bu saziş Azərbaycanla Qırğızıstan arasında elm və təhsil əlaqələrinin gücləndirilməsinə ciddi zəmin yaradır

Dmitri Peskov: Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır

İstanbul derbisi: “Fənərbağça” “Beşiktaş”a qarşı

DSX aparatında Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib VİDEO

“Qərbi Azərbaycana qayıdış” olimpiadasında Şəki-Zaqatala üzrə 279 şagird biliyini sınayıb

“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryer barəsində cinayət işi başlanılıb VİDEO

Monteneqro Prezidentinə “Qarabağ işğaldan əvvəl və sonra” kitabı təqdim edilib

İri Avropa hava limanı sərnişinlərin yoxlanılması müddətini 3 saniyəyədək azaldıb