Azərbaycan Dövlət İnformasiya Agentliyi

TEMATİK ƏLAVƏ
AZƏRBAYCAN

“İzvestiya” qəzetinin 29 sentyabr tarixli nömrəsində Azərbaycana həsr olunmuş tematik əlavə verilmişdir. AZƏRTAC həmin materialları oxuculara təqdim edir.

TEMATİK ƏLAVƏ

AZƏRBAYCAN

Materiallar Azərbaycan Respublikası Prezidentinin

mətbuat xidmətinin köməyi ilə hazırlanmışdır

2005-ci il Azərbaycanın musiqi mədəniyyəti tarixində xüsusi bir ildir. Bu il ölkə dahi Azərbaycan bəstəkarı, görkəmli maarifçi və ictimai xadim Üzeyir Hacıbəyovun anadan olmasının 120 illiyini bütün musiqi dünyası ilə birlikdə qeyd edir. O, Azərbaycan xalqının mənəvi zənginliyinin və yaradıcılıq dühasının təcəssümüdür, milli bəstəkarlıq məktəbinin meydana gəlməsi və təşəkkülü onun adı ilə bağlıdır. Üzeyir Hacıbəyovun yubileyi YUNESKO-nun himayəsi ilə bir sıra Avropa dövlətlərində keçiriləcək, konsertlər, seminarlar, disklərin, çap nəşrlərinin və saytların təqdimatı olacaqdır.

İndi Azərbaycan ictimai həyatın bütün sahələrində özünün yüksəliş dövrünü yaşayır. Mənəvi sahədən danışsaq, görərik ki, ölkənin mədəni həyatındakı indiki aşkar canlanmanın da konkret başlanğıc tarixi var: 27 yanvar 2004-cü il – yenidən qurulmuş Bakı Filarmoniyasının açılış günü. Vaxtilə ölkənin ən yaxşı səhnəsi olan filarmoniyanın bərpasına qətiyyətlə və tələbkarlıqla çalışan Heydər Əliyevin uzaqgörənliyinə bir daha heyran qalmamaq mümkün deyildir: o, heyrətamiz surətdə bilir, qabaqcadan görür, başa düşürdü ki, son illər ərzində çatışmayan bütün mədəni zənginliyimizə məhz filarmoniya güclü təkan verə bilər. Elə canlı əfsanələrlə görüşlərin özləri nəyə desən dəyər, onların təkcə adlarının sadalanması özlüyündə çox şey deyir: Rostropoviç, Başmet, Kazarnovskaya, Kabalye – bu, həqiqətən, Azərbaycanın mədəni ənənələrinin cəmləşdiyi mərkəzə çevrilən ölkənin baş musiqi ocağında əsil “ulduz yağışı”dır.

Mədəni irsimizin ən yaxşı abidələrinin YUNESKO-nun dünya siyahısına salınmasını son dərəcə mühüm hadisə hesab etmək olar. Azərbaycan xalqının mənəvi dəyərlərinin təbliği sahəsində bu iş davam edir. Musiqidən danışsaq, məlumdur ki, Azərbaycan xalqının misilsiz milli sərvəti olan muğam bu yaxınlarda dünya qeyri-maddi irs siyahısına salınmışdır. Bu siyahıya daxil edilmək növbəsi aşıq ənənələrinindir.

Prezident İlham Əliyev Azərbaycanın mədəni irsinin qorunmasının, onun bütün dünyada daha geniş və ən yüksək səviyyədə təbliğ edilməsinin zəruriliyini dəfələrlə vurğulamışdır.

YUNESKO 2005-ci ili Muğam İli elan etmişdir və şübhəsiz ki, bunda YUNESKO-nun xoşməramlı səfiri, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük xidmətləri var.

Azərbaycanlı musiqiyə həmişə həssas olmuşdur ki, bu da təkcə musiqiyə məhəbbət demək deyil, həm də anadangəlmə musiqi istedadına malik olmaq deməkdir.

Alim QASIMOV, Azərbaycanın xalq artisti:

“MUSİQİ HƏQİQƏTDİR, MUĞAM İSƏ ONUNİSTİNADGAHI, ONUN MƏBƏDİDİR”

Alim Qasımov haqlı olaraq Azərbaycan muğamının ən müqtədir ifaçılarından biri sayılır. Dünyanın “La Mond”, “Tayms”, “Frankfurter Alqemayne Saytunq” kimi ən nüfuzlu qəzetləri onun Mərkəzi Asiyada, ABŞ-da, Avropada, Yaponiyada dinləyiciləri valeh edən ecazkar səsi haqqında yazmışlar. Rusiyanın nüfuzlu musiqi tənqidçisi Artemi Troitski özünün musiqi icmallarından birində yazmışdır: “Qasımovun heyranedici coşğun səsi, onun qeyri-adi zəngulələri unudulmaz hisslər oyadır...” Alim Qasımov muğam sənətini regional çərçivədən çıxararaq, beynəlmiləl səviyyəyə qaldırmış, onu dünya mədəniyyətinin sərvətinə çevirmişdir. O, muğamı dünyanın müasir mənəvi prosesinə qatmağa müvəffəq olmuşdur: xanəndənin sənətinin mübariz qüvvəsi çıxış etdiyi hər yerdə onu “doğmalaşdırır”. Sənətkar özü isə YUNESKO-nun mütəxəssislər tərəfindən Nobel musiqi mükafatı adlandırılan mükafatına layiq görülmüş və onun adı Şostakoviç və Penderetski, Bernstayn və Messian, Rixter və Makkeba, Menuxin və Şankar kimi bənzərsiz ustadlarla bir siyahıya düşmüşdür.

Oleq SIQANOV,

Natəvan FAİQQIZI

- Alim, siz muğamı bütün dünyaya sevdirməyə necə müvəffəq olursunuz? Axı, azərbaycanlının, çinlinin, norveçlinin və ya Mali vətəndaşının musiqi qavrayışı eyni cür ola bilməz?

- Sizinlə razıyam. Amma bilirsiniz, dünyanın bütün xalqlarının bir səs fonu var – mən folklor musiqisini nəzərdə tuturam. Başlıcası, onu eşitməkdir. Həmin o fon, bizdə, Yer üzündə yaşayan insanlarda ümumidir, çünki o, bünövrədir, təməldir. Onu eşidəndən sonra, sizin dediyiniz kimi, hər hansı qata nüfuz etmək mənim üçün elə bir çətinlik törətmir. Çıxış nöqtəsinə çevrilən həmin fona istinad edərək, improvizə edərək, biz kamerton kimi bir-birimiz üçün anlaşıqlı oluruq. Onlar məni anlamağa başlayırlar, mən isə onları. Mənimlə üzbəüz kimlərin – yaponun, yoxsa fransızın dayanmasının əhəmiyyəti yoxdur. Başlıcası, həmin fonu tutmaqdır.

- Siz sənətə elə bir vaxtda gəlmisiniz ki, muğamın keçirdiyi böhran dəhşətli şəkildə yaxınlaşırdı. Təhqiramiz səslənsə də, belə demək olar ki, siz onun nüfuzunu özünə qaytardınız. Necə oldu dərk etdiniz ki, ifaçılıq sənəti həyatınızın mənasıdır?

- Mən bu barədə heç vaxt fikirləşməmişəm. Əslində, mənim üçün, musiqidən savayı, seçim yox idi. Başqa sahələrə istedadım yox idi və mən başqa bir iş bacarmırdım. Yəni ya musiqi ilə məşğul olmalı idim, yaxud da boş-boşuna gəzməli idim. Muğamın nüfuzunu mən qaytarmamışam, mən sadəcə, onun azadlığının tərəfdarıyam. Muğam sənətində improvizə başqa sənətlərdəkindən daha çox inkişaf etmişdir. Bu isə muğam ifaçısından çox böyük təşəbbüskarlıq tələb edir. Mən əminəm ki, muğamı çərçivəyə salmaq onun inkişafına son qoymaq deməkdir.

Çərçivələri qırmaq isə hədsiz zövq verir. Odur ki, mən bacardığım qədər bu çərçivələri qırıram. Düzünü deyim ki, bu “şıltaqlığımdan” hədsiz zövq alıram.

- Dünya mətbuatının haqqınızda yazdıqlarından belə məlum olur ki, zövq alan təkcə siz deyilsiniz. Məsələn, Londonun “Tayms” qəzeti sizin barənizdə yazmışdır: “Qasımovun ecazkar səsi zildə səslənirdi. Virtuoz ifa texnikası və gəzişmələr dinləyicini valeh edirdi. Musiqi sədaları pərdə-pərdə qalxıb-endikcə, xanəndə də dərin və təsirli emosional rezonansı gücləndirərək dil sərhədlərini aşırdı, halbuki o, Azərbaycan dilində oxuyurdu”.

- Mən oxuyanda, sanki, fiziki dünyamızı tərk edirəm, hiss edirəm ki, başqa bir aləmə, mənəvi aləmə daxil oluram. Orada özümü çox yaxşı hiss edirəm, mən elə orada qalmaq istərdim! Konsertlərdə elə anlar olur ki, deyirəm, vəssalam, artıq qayıtmayacağam. Son vaxtlar belə hallar tez-tez olur. Bu duyğunu sözlə ifadə etmək mümkün deyildir.

- Sizcə, nə üçün Qərb dinləyicisi yaradıcılığınıza şərqli tamaşaçıdan daha çox maraq göstərir? Axı, heç kəs üçün sirr deyil ki, siz başqa yerdən deyil, Fransadan pərvaz etməyə başlamısınız?

- Onlarda belə musiqi yoxdur və ona ehtiyac duyurlar. Muğam Allaha inananların hamısına lazımdır. Görünür, elə buna görədir ki, avropalılar muğamı, məsələn, səhərdən axşamadək azan səsi eşidən ərəblərdən daha çox qiymətləndirirlər. Bir də, mənə elə gəlir ki, dərisinin rəngindən və ya milliyyətindən asılı olmayaraq, həssasqəlbli insanlar muğamı duyurlar. Bu, bəşəri musiqidir, ölkələr və sərhədlər tanımır.

- Sizin səhnədə çıxışınıza öz-özünü ovsunlamaqdan başqa ad vermək olmaz. “O, göldə bitən şanagüllə kimi bardaş quraraq, sanki, Kainatı özündə cəmləşdirirdi”. Bu da sitatdır.

- Muğam musiqinin zirvəsidir. Onun dərinliklərində dərkolunmaz bir müqəddəslik vardır. Şərqin böyük mütəfəkkirləri əbəs yerə deməmişlər ki, muğam sənətdən daha ucadır. Onlar bu musiqidə insan şəxsiyyətini başa düşməyin, başqa bir dünyanın sirlərini dərk etməyin açarını görürdülər.

- Bəs, muğam sizin üçün nə deməkdir?

- Mənim üçün? (fikrə gedir). Muğam bizdən kənarda olan sükunət aləminə nüfuz etmək vasitəsidir. Hər halda, bundan savayı, başqa bir vasitə tanımıram. Muğam bitib-tükənməyən suallar deməkdir. Həmin suallara cavab yoxdur. O, qədim dövrlərdən bizə gəlib çatan və zəngin bir mənəvi aləmi özündə təcəssüm etdirən nəhəng bir qatdır. Adətən, mən deyirəm ki, musiqi həqiqətdir, muğam isə onun istinadgahı, onun məbədidir.

- Elə bir hal ola bilərmi ki, şou-biznes muğamı tamamilə sıxışdırıb aradan çıxarsın?

- Ola bilməz. Musiqi tarixində həmişə həqiqi ifaçılar da olmuşdur, bu gün “şou-biznes” adlandırdığımız da. Şou-biznes inkişaf edə bilər, lakin o həmişə həqiqi sənəti yalnız müşayiət edəcəkdir. Bizim muğam isə səhnəni heç vaxt tərk etməyəcəkdir.

- Sizcə, muğam insanın mənəviyyatına təsir edirmi? Daha doğrusu, öz dramatizmi ilə Kainatı sarsıdan “Bayatı-şiraz”ı oxuduqdan sonra... adam öldürmək olarmı?

- Allahsız adamın hər hansı bir hərəkəti həmişə səfeh və mənasız görünər. Özü də bu, hər şeyə aiddir. Əksinə, Allaha pənah gətirdikdə isə hər şey inandırıcı və düzgündür. Oxumağa gəldikdə isə, çətin ki o, öz məqsədinə çatsın – ondan həqiqət gözləməyin. Ümumiyyətlə, mömin olan daha yaxşıdır... Muğam isə - mən təkcə ifaçını deyil, həm də həvəskar dinləyicini nəzərdə tuturam, - hər şeydən əlavə, həm də müdrikliyə səsləyir. Müdriklik isə bağışlamaqdadır, kompromisdədir. Buradakı əhval-ruhiyyə həyatvericidir. Bu, elə bir məqamdır ki, burada mənəvi, əxlaqi və hər hansı başqa saflaşmadan söhbət açmaq olar. Xanəndəlik xüsusi peşədir, o, hər şeydən əvvəl, niyyətlərin saflığını və yüksək mənəviyyat tələb edir. Burada səs müəyyənedici meyar deyildir. Buna görə də sizin sualınıza cavab verərək deyirəm: Muğam pisliyə, şər əməllərə yol verməyəcək, onun qarşısını alacaqdır...

- Ardıcılsız özünüzü tənha hiss etmirsinizmi?

- Bəlkə də, tənhalıq insanı o zaman yaxalayır ki, o, həyata yüksək tələblərlə yanaşır. Mən adamların özümə qarşı münasibətini diqqətlə saf-çürük edirəm – şəxsiyyət kimi mən deyil, mövqeyimin onları sevindirdiyini görürəm. Başqa sözlə desək, səni yox, sənin onlara bəxş etdiyini xoşlayırlar. Həm də bu zaman məhəbbətdən dəm vururlar. Bu, ürək ağrıdır. Ardıcılıma gəldikdə isə, o, qızım Fərqanədir.

- Vaxtı ilə müsəlman Şərqinin yeni muziqisinin banisi Üzeyir Hacıbəyov Azərbaycana Avropanı tanıtdı. İndi Alim bunun əksinə edir...

- Əvvəllər mən tez-tez səfərə çıxırdım, necə deyərlər, muğamı Avropada, Amerikada, Afrikada reklam etmək lazım idi. İndi isə sanballı olsun deyə, gedəcəyin yeri seçmək mümkündür. Əgər bütün dəvətləri qəbul edib səfərə çıxsan, hər gün konsert verməli olacaqsan – çıxışların cədvəli bir il əvvəldən tutulacaqdır. Məşhur Amerika violonçelisti Yo Yo Manın rəhbərlik etdiyi “İpək yolu” beynəlxalq orkestri ilə müntəzəm işləyirəm. Dünya səviyyəli bu kollektiv bizim Azərbaycan musiqisini də ifa edir.

AZƏRBAYCAN MUSİQİSİNİN YENİ ƏSRİ

Bəzi bədii təzahürlər Azərbaycan cəmiyyəti tərəfindən sırf ənənəvi, mədəniyyətin əsası olan təzahürlər, digərləri isə ona daxil edilmiş, başqa mədəni təzahürlər kimi qəbul edilir. Lakin bunların hər ikisində azərbaycanlıların qulağına tanış olan, dumanlı, yaxud aydın şəkildə milli musiqi kimi dərk etdiyi hansısa ümumi işarələr sistemi, ümumi bədii “kod” sezilir. Yeri gəlmişkən, musiqinin milli eyniyyəti problemi XIX əsrdə - ənənəvi musiqi mədəniyyəti artıq Azərbaycanın musiqi həyatının məzmununu tam təşkil etmədiyi bir vaxtda meydana çıxmışdı: ölkədə Avropa operası, baleti, simfonik və nəfəs alətləri orkestrləri yarandı, qastrol-konsert həyatı canlandı. Ancaq Azərbaycanda Qərb Qərbliyində, Şərq isə Şərqliyində qalırdı, yalnız XX əsrdə onlar Azərbaycan musiqi mədəniyyətində tədricən bir-birinə yaxınlaşdılar.

Sənubər BAĞIROVA

sənətşünaslıq namizədi

Azərbaycan musiqi tarixinin bu mərhələsində Uzeyir Hacıbəyovun siması milli musiqi mədəniyyətimiz üçün çox əlamətdardır. Özü də təkcə ona görə yox ki, Azərbaycanın musiqili teatrı və bütövlükdə Azərbaycanda yazılı bəstəkarlıq yaradıcılığı ənənələri onun ilk operası olan “Leyli və Məcnun”dan (1908) başlanır. XIX əsrin ab-havasında duyulan milli və Avropa musiqi mədəniyyətlərinin sintezi ideyası Hacıbəyov musiqisində özünün ilk və bədii cəhətdən inamlı təcəssümünü tapmışdır. Məhz bu ideya təqribən bir əsrdir ki, Azərbaycanın yazılı musiqisi ənənəsinin inkişafını bu və ya digər formada müəyyənləşdirir. Onun silahdaşları və qardaşları Ceyhun və Zülfüqar Hacıbəyovlar, Müslüm Maqomayev (baba) və tələbələri Asəf Zeynallı, Səid Rüstəmov, Cahangir Cahangirov, Hacı Xanməmmədov, Süleyman Ələsgərov, Ağabacı Rzayeva, Şəfiqə Axundova bu prinsipə əməl etmişlər. Peşəkar Azərbaycan bəstəkarlarının ilk nəsli olan bu musiqiçilər ecazkar gözəlliyinə görə milli klassikaya çevrilmiş melodiyaların “qızıl ehtiyatını” yaratmışlar.

Ötən əsrin 40-cı illərindən başlayaraq, Azərbaycan bəstəkarlarında artıq milli musiqi formasına müəyyən maraq oyandı və bu formaya, əsasən, muğam formasına müraciətin ilk təcrübələri mükəmməl əsərlərin meydana gəlməsi ilə nəticələndi. Fikrət Əmirovun yaratdığı, Niyazi və Süleyman Ələsgərovun davam etdirdikləri simfonik muğam deyilən janr, ciddi desək, muğamdan çox avropasayağı rapsodiyaya yaxın idi. Lakin F.Əmirovun “Şur” (1948) və “Kürd-Ovşarı” (1949) , Niyazinin “Rast” (1951) əsərləri, şübhəsiz, bədiilik baxımdan Azərbaycan simfonik musiqisini zənginləşdirmişdir.

Azərbaycan musiqisi tarixinin yeni səhifəsi Qara Qarayevlə bağlıdır. Milli musiqi məbədində müqtədir sima, yaradıcılıq miqyası yalnız Üzeyir Hacıbəyovla müqayisə oluna bilən Qara Qarayev bir vaxtlar Ü.Hacıbəyovun bədii prinsiplərini alt-üst edən şəxs təsiri bağışlayırdı. Onları təkcə 33 il yaş fərqi deyil, həm də sənətdə və bədii təfəkkürdə müxtəlif epoxalar ayırırdı. Lakin indi, demək olar, bir qərinəlik vaxt məsafəsindən baxdıqda Qarayevin yaradıcılığı sənətdə Hacıbəyov xəttinin inkarından çox, bu xəttin davamı, inkişafı kimi qəbul olunur. Ü.Hacıbəyov Azərbaycan musiqisinə iki bədii sistemin – milli və Avropa sistemlərinin sintezi ideyasını gətirmişdir. Qarayev isə milli musiqi üslubu, təfəkkürü və obrazlılığı kateqoriyalarını daxil etməklə, milli sistem deyilən anlayışı genişləndirmişdir. Qarayevin bədii qayəsi – “müasir musiqi sənətinin bütün vasitələri ilə ifadə olunan milli təfəkkür prinsipləri”, - əslində, elə həmin milli və dünya mədəniyyətlərinin sintezi ideyasının tarixən yeni səviyyədə dərk olunmasını ehtiva edir.

Q.Qarayevin bir çox əsərləri Azərbaycan musiqi sənətində mərhələ olmuşdur. Onun milli ideya və tematikanın bilavasitə ifadə olunduğu “Leyli və Məcnun” simfonik poeması (1947) və “Yeddi gözəl” baletindən (1952) tutmuş “İldırımlı yollarla” (1957) baletinə, “Don Kixot” (1960) simfonik qravürlərinədək və sonunculardan Üçüncü simfoniya (1964) və Skripka üçün konsertədək əsərlərində bəstəkarın milli “mənşə”nin getdikcə daha dərin qatlarını açdığı nəzərə çarpır.

XX əsrdə Azərbaycanın iki bəstəkarının - Üzeyir Hacıbəyovun və Qara Qarayevin əhəmiyyəti və yaradıcılıq töhfəsi milli çərçivəni aşır. Ü.Hacıbəyovun operaları və musiqili komediyaları XX əsrin birinci yarısında Gürcüstan, Ermənistan, Özbəkistan və Türkmənistanın musiqili teatrlarının repertuarında möhkəm yer tuturdu. Bu əsərlərin melodiyaları İran, Türkiyə və Dağıstanda geniş yayılmışdı. Onun əsərləri Orta Şərqin və Qafqazın milli bəstəkarlarının istiqamət götürdükləri milli musiqi teatrının nümunəsi oldu. Dahi Şostakoviçin istedadlı tələbəsi olan Q.Qarayev isə XX əsrin ikinci yarısında sovet musiqisində musiqi mədəniyyəti tarixinin bu dövrünü təmsil edən bir neçə nəhəng yaradıcı şəxsiyyətdən biri idi.

Ü.Hacıbəyovun və Q.Qarayevin bədii prinsipləri, yaradıcılıq kəşfləri, onların yüksəldikləri bədii təfəkkür və mədəniyyət səviyyəsi elə bir uca yaradıcılıq zirvəsini müəyyənləşdirmişdir ki, XX əsrin bütün Azərbaycan bəstəkarları, hətta yaradıcılığında bu zirvəyə çatmayanlar belə ona doğru istiqamət götürmüşlər. Lakin ən əhəmiyyətlisi budur ki, həmin zirvə mövcud olmuşdur və Allah qoysa, Ustadın özü ilə birlikdə əbədiyyətə qovuşacaqdır.

TAPŞIRILAN MÖVZUDA İMPROVİZƏ

Azərbaycan caz sənətinin kökləri, onun dünya duyumu və sərbəstliyi əsrlərin dərinliklərinə, muğama gedib çıxır. Riyazi baxımdan ölçülüb-biçilmiş struktur çərçivəsində - son dərəcə gözəl və sərbəst improvizələr var. Bu sözlər sizə nəyi isə xatırladırmı? Axı, caz sənətində də hər şey eynən belədir: ilk növbədə, özünü caz standartları çərçivəsində göstərməyi bacarmalı və beləliklə də, gördüyün işin mahiyyətinə dərindən nüfuz etmək bacarığını göstərməlisən. Sübut etməlisən ki, sənin dünyanı duymaq qabiliyyətin dinləyici üçün maraqlıdır. Bizim cazın başlanğıcı keçən əsrin 30-cu illərinə təsadüf edir. O vaxtlar hələ lap cavan olan pianoçu Tofiq Quliyev Azərbaycan musiqisinin digər korifeyi, maestro Niyazi ilə birlikdə ilk caz orkestri yaratmışlar.

Rovşən SƏNANOĞLU

Deyilənlərə görə bakılılar kinoteatrlara seans başlanmazdan xeyli əvvəl gələrmişlər ki, canlı ifada caz musiqisini dinləsinlər və musiqiçilərlə təmasda olsunlar. O vaxtlar Bakının cazmenlərini bütün şəhər tanıyırdı, onlar məşhurluqda kino ulduzlarından geri qalmırdılar.

Azərbaycan cazının tarixinə bir çox sənətkarların adları qızıl hərflərlə yazılmışdır. Uşaqlardan cazın vurğunu olan cavan oğlanları birləşdirən “Qaya” vokal kvartetini yada salmaq kifayətdir. Lakin buna baxmayaraq, Azərbaycan cazının şöhrəti, ilk növbədə, görkəmli musiqiçilər, Rafiq Babayevin və Vaqif Mustafazadənin adları ilə bağlıdır.

Məhz onlar 1967-ci ildə məşhur Tallinn festivalında iştirak etmişdilər. Caz tənqidçiləri, - onların arasında “düşmən” “Amerikanın səsi” radiostansiyasının “Caz saatı” verilişinin məşhur aparıcısı Uillis Konover də vardı, - R.Babayevin və V.Mustafazadənin yaradıcılığını çox yüksək qiymətləndirmişdilər. “Şərq incə məsələdir” – bakılıların ifa etdiyi musiqidəki məhz Şərq koloriti caz bilicilərini heyran etmişdi. Xatırladıram ki, bu, 1967-ci il, Qərb musiqi mədəniyyətinin Şərq musiqi mədəniyyətinə qovuşması sahəsində ilk təcrübələrin başlandığı vaxt idi. Lakin cazda Şərq ilə Qərbi birləşdirməyin ilk nümunələrini Vaqif Mustafazadə və Rafiq Babayev məhz Tallinndə - Mayls Devisdən bir neçə il əvvəl nümayiş etdirmişdilər.

Rafiq və Vaqif müxtəlif adamlar idi. Rafiqin ifasında musiqi Avropa musiqisinə yaxın, lakin Azərbaycan harmoniyaları ilə bəzəndiyi halda, Vaqifin musiqisi köklərdən – muğamdan qaynaqlanırdı. Hər ikisi hədsiz istedadlı və özlərinə qarşı tələbkar idi. Elə ikisi də həyatdan vaxtsız getdi: Rafiq Babayev 1994-cü il martın 19-da Bakı metrosunda törədilən terror aktı nəticəsində həlak oldu, Vaqif isə 39 yaşında, əslində, elə səhnədəcə, infarktdan dünyasını dəyişdi.

Bakıda Vaqifdən danışanda soyadını demirlər, onun adını çəkmək kifayətdir ki, söhbətin kimdən getdiyi məlum olsun.

“Əzizənin intizarında”... qızının dünya caz səhnəsindəki debütünü görmək Vaqifə qismət olmadı, hərçənd məhz o, onyaşlı Əzizəni Tbilisidə keçirilən caz festivalı səhnəsinə çıxarmışdı. Əzizə atasının yolunu davam etdirdi – genlər təsir etməyə bilməzdi. Bir də ki, ata ocağının ab-havası. Artıq 1991-ci ildə o, özünün SONY firmasında ilk albomunu yazdırdı, onun tərəfdaşları isə məşhur Con Patituççi və Deyv Uekl idi. Azərbaycan cazının ilk ledisinin xidməti siyahısına bir çox musiqiçilər həsəd apara bilərlər. Altı kompakt disk, dünya cazının ulduzları ilə əməkdaşlıq, ağzınacan dolu salonlarda konsertlər... Vaqif qızı ilə fəxr edə bilərdi.

Bu gün Azərbaycan cazının şəksiz lideri bəstəkar-pianoçu Salman Qəmbərovdur. Hərtərəfli və ensiklopedik biliyə malik musiqiçi ən müxtəlif istiqamətlərdə işləyir və həmişə də uğur qazanır. Bu ilin aprelində Bakıda paytaxt cazmenlərinin bir növ yaradıcılıq hesabatına və dünya cazı ilə əlaqələr baxımından başlanğıc nöqtəsinə çevrilən beynəlxaq caz festivalı keçirilmişdir. ABŞ, Kanada, Almaniya, Rusiya və digər ölkələrdən gəlmiş musiqiçilər bir həftə ərzində caz şəhəri Bakının qonaqları olmuşlar.

Son illərdə müxtəlif musiqiçilərin bir neçə kompakt diski çıxmışdır. Saksofonçu Rain Sultanovun bir neçə albomu, istedadlı və yüksək texnikası olan pianoçu Şahin Növrəslinin iki albomu, Salman Qəmbərovun iki mükəmməl albomu (onlardan biri Almaniyada çıxmışdır) işıq üzü görmüşdür. Bakıda Vaqif Mustafazadə adına Caz-klub və müasir caz mərkəzi var, rüblük “Caz dünyası” jurnalı nəşr olunur və artıq bir ildir caz radiosu efirə çıxır.

Nəhayət, kiçik anons. Bu il Vaqifin 65 illiyi tamam olur və onun istedadının pərəstişkarları caz həvəskarları üçün sürpriz hazırlayırlar: oktyabrda Moskvada Vaqif Mustafazadənin xatirəsinə həsr olunmuş caz festivalı keçiriləcəkdir. Bu möhtəşəm tədbirə gəlsəniz, peşman olmazsınız!

“İzvestiya” qəzeti, 29 sentyabr, 2005-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Naxçıvanda Zəfər Abidəsi ziyarət edilib

Filarmoniyanın səhnəsində Zəfər konserti

Vətən müharibəsinin xronikası: 8 noyabr

Azərbaycan xalqının vahid ideologiya ətrafında birləşməsi Zəfərin təməlində dayanan amil oldu

Prezident: Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin! VİDEO

Prezident: Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin! VİDEO

Prezident İlham Əliyev: Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir VİDEO

Prezident İlham Əliyev: Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir VİDEO

Xalqımız Zəfər parkını ziyarət edir VİDEO

Xalqımız Zəfər parkını ziyarət edir VİDEO

8 Noyabr xalqın, ordunun və dövlətin birliyinin ən yüksək ifadəsidir ŞƏRH

Prezident: Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir VİDEO

Prezident: Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir VİDEO

Azərbaycan Prezidenti: Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür VİDEO

Azərbaycan Prezidenti: Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür VİDEO

Müdafiə Nazirliyinin rəhbər heyəti Ulu Öndərin və şəhidlərimizin xatirəsini ehtiramla yad edib

Prezident İlham Əliyev: Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar VİDEO

Prezident İlham Əliyev: Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar VİDEO

Azərbaycan Ordusunun qəhrəmanlığı və hərb tarixində yeni səhifə ŞƏRH

Xankəndidəki Zəfər Muzeyinin məkanı bəlli olub VİDEO

Xankəndidəki Zəfər Muzeyinin məkanı bəlli olub VİDEO

Azərbaycan Prezidenti: Bu gün biz azad Qarabağda qurub-yaradırıq VİDEO

Azərbaycan Prezidenti: Bu gün biz azad Qarabağda qurub-yaradırıq VİDEO

Prezident İlham Əliyev: Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi VİDEO

Prezident İlham Əliyev: Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi VİDEO

Prezident: Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi VİDEO

Prezident: Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi VİDEO

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib VİDEO

Lənkəranda Zəfər Günü qeyd olunub

GİKM-in regional nümayəndəlikləri Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirib

Professor Natiq Həsənov: Azərbaycan-Alman Tibb Günlərinin 8 Noyabr - Zəfər Günündə keçirilməsi qürurvericidir

Zəfər Günü milli birliyimizin və qəhrəmanlığımızın təcəssümüdür

8 Noyabr - Azərbaycan dövlətçiliyinin yeni tarixi mərhələsi

Vətən müharibəsi iştirakçısı: Zəfər Gününün sevincini doğma Ağdamda yaşayıram VİDEO

Vətən müharibəsi iştirakçısı: Zəfər Gününün sevincini doğma Ağdamda yaşayıram VİDEO

Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

Qazaxıstanda yaşayan azərbaycanlıların qürur günü VİDEO

Qazaxıstanda yaşayan azərbaycanlıların qürur günü VİDEO

“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb VİDEO

“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb VİDEO

Özçubukçu: Azərbaycanın Zəfəri Türk dünyası üçün milli iradənin və strateji özünəinamın təcəssümüdür

Batabat yaylağına qar yağır

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevdən

Şahbaz Şərif: 8 Noyabr Azərbaycan xalqının cəsarətinin, əzminin və fədakarlığının tarixi sübutudur

Tariximizi şərəfləndirən, xalqımızı qürurlandıran Zəfər salnaməsi

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Polkovnik-leytenant Elxan İsmayılov: Bu tarixin bir parçası olmaq mənim üçün böyük qürurdur VİDEO

Polkovnik-leytenant Elxan İsmayılov: Bu tarixin bir parçası olmaq mənim üçün böyük qürurdur VİDEO

Zəfər Günü münasibətilə Ulu Öndər Heydər Əliyevin Rustavidəki abidəsi ziyarət olunub

“Zəfər Kuboku” uğrunda yorğa qaçışlarının açılışı olub

Kapitan Kənan Muradov: Komandir və müavinlər şəhid oldu, məsuliyyət üzərimə düşdü VİDEO

Kapitan Kənan Muradov: Komandir və müavinlər şəhid oldu, məsuliyyət üzərimə düşdü VİDEO

Azərbaycanın Zəfər Günü ilə bağlı Belarus Milli Kitabxanasının binası videoproeksiya edilib VİDEO

Azərbaycanın Zəfər Günü ilə bağlı Belarus Milli Kitabxanasının binası videoproeksiya edilib VİDEO

AZƏRTAC ilə “Sinxua” təcrübə mübadiləsini genişləndirəcək

® “Araz” supermarketlər şəbəkəsi şəhid əməkdaşlarının ailələrini ziyarət edib

TƏBİB tərəfindən müharibə iştirakçılarına göstərilən tibbi xidmətlərin sayı açıqlanıb

Postmüharibə dövründə şəhid ailələri və müharibə veteranlarına göstərilən xidmətlərin sayı açıqlanıb

Mətbuat Şurası: Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib

Zəfər salnaməsi: qəhrəmanlıqdan Böyük Qayıdışa

® Zəfər Günü münasibətilə “PAŞA Holding” və “Bravo” şəhid ailələrinə bayram sovqatları çatdırıb

Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

Bu gün Şuşa Şəhəri Günüdür

ABŞ Konqresindəki demokratlar Ukrayna üçün 15 milyard dollarlıq yardım paketi hazırlayır

Slovakiyada Zəfər Günü təntənəsi

Türkiyə-Azərbaycan Universitetində Zəfər Gününə həsr olunmuş seminar

“Dəmir yumruqdan Zəfərin səsinə” adlı rəsm sərgisi açılıb

Əkiz qardaşların Zəfər yolu: Eyni səngərdə çiyin-çiyinə döyüşdülər, bir-birinin həyatını xilas etdilər

Firdovsi Eyvazov: “Mənim üçün Vətənə xidmət təkcə səngərdə deyil, sənətdə də davam edir

İİKK: Hörmüz boğazında qaydaları pozan iki tanker minaya düşərək yanıb

Professor Ramazan Cabbarlı: Azərbaycan-Alman Tibb Günlərinin hər iki ölkədə mütəmadi keçirilməsi nəzərdə tutulur VİDEO

Professor Ramazan Cabbarlı: Azərbaycan-Alman Tibb Günlərinin hər iki ölkədə mütəmadi keçirilməsi nəzərdə tutulur VİDEO

Rəşad Mahmudov: Zəfər bayramı münasibətilə Berlində Azərbaycan-Alman Tibb Günlərinin keçirilməsi qürurverici hadisədir VİDEO

Rəşad Mahmudov: Zəfər bayramı münasibətilə Berlində Azərbaycan-Alman Tibb Günlərinin keçirilməsi qürurverici hadisədir VİDEO

ABŞ qüvvələri Oman körfəzində ticarət gəmisini zərərsizləşdirib

“Xan qızı Xurşid Banu Natəvan” sənədli filmi nümayiş olunub

Qurbanxan Müslümov: 100-dən çox azərbaycanlı həkim Berlin küçələrində Zəfər Gününü qeyd edəcək VİDEO

Qurbanxan Müslümov: 100-dən çox azərbaycanlı həkim Berlin küçələrində Zəfər Gününü qeyd edəcək VİDEO

Zəfər Günümüz Kolumbiyada: Azərbaycanın tarixi Qələbəsi Boqotada təbliğ edilir

Londonda Zəfər Günü təntənəli şəkildə qeyd olunub VİDEO

Londonda Zəfər Günü təntənəli şəkildə qeyd olunub VİDEO

Polşada atəş açan şəxsin evində üç nəfərin cəsədi tapılıb

Livanda Zəfər Günü qeyd olunub: Şəhidlərin ruhuna dualar oxunub, ehsan verilib

Nigar Arpadarai: Cənubi Qafqaz və Mərkəzi Asiya öz təhlükəsizlik arxitekturasını formalaşdırmaq imkanına malikdir - RƏY

“Korkut Ata” Film Festivalında iki Azərbaycan filmi mükafata layiq görülüb

Bakıda yanğın və xilasetmə idmanı üzrə dünya çempionatı başa çatıb, qaliblər mükafatlandırılıb

Meksikada Azərbaycanın Zəfər Günü milli qürur və həmrəylik ruhunda qeyd olunub VİDEO

Meksikada Azərbaycanın Zəfər Günü milli qürur və həmrəylik ruhunda qeyd olunub VİDEO

Belqradda Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil edilib

“Neftçi” İdman Klubunun Zəfər Gününə həsr olunmuş sərbəst güləş birinciliyi keçirilib

İçərişəhərdə Zəfər Gününə həsr olunmuş konsert təşkil olunub

Azərbaycan Yeniyetmələrin Yay Olimpiya Oyunlarında ikinci medalı qazanıb

Ərdoğan ilə Tramp arasında telefon danışığı olub

Premyer Liqanda XI turun daha iki oyunu keçirilib

44 günlük Zəfər: Azərbaycan dövlətinin siyasi iradəsi və hərbi qüdrətinin təntənəsi

Aaron S. Uotkin: BIAF-2006 festivalının gözəl ab-havası var

Metronun “28 May” stansiyasında “Zəfər arzuları” adlı sosial aksiya olub

Professor: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi tarixi Zəfərdə həlledici rol oynayıb

Cakartada Azərbaycanın Zəfər Günü qeyd olunub

Fransada etirazların yeni dalğası: 7 noyabr aksiyaları gücləndirilmiş təhlükəsizlik tədbirləri şəraitində keçirilir

Zəfər Günü xalqımızın yaddaşında milli qürur və qəhrəmanlıq rəmzi kimi qalacaq

Malayziyada Azərbaycanın Zəfər Günü qeyd olunub

Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb VİDEO

Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb VİDEO

Qaradağda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş təntənəli ümumrayon tədbiri keçirilib

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi kadrları ilə bağlı paylaşım edilib VİDEO

Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb VİDEO

Etirazlar Avropa siyasi sisteminin qarşısında duran sualları üzə çıxarır - ŞƏRH

Bu saata olan əsas xəbərlər

“AzerGold” kiberdələduzluq halları ilə bağlı xəbərdarlıq edir

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Zəfər Günü münasibətilə tədbir olub

I Aşıq Festivalının yekun konserti olub

Təbrizdəki baş konsulluqda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Marneulidə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfərdən doğan qürur” adlı tədbir keçirilib

AZƏRTAC ilə Belarusun BELTA agentliyi arasında yeni əməkdaşlıq sənədi imzalanıb

Beyləqanda “Şəhidlər” Abidə Kompleksinin və “Şəhidlər” parkının açılışı olub

Sarayevoda Zəfər Gününün 6-cı ildönümü münasibətilə qəbul keçirilib

“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi

Tarixi Zəfər Azərbaycanın siyasi iradəsinin, iqtisadi qüdrətinin və milli birliyinin nəticəsidir ŞƏRH

Xarici İşlər Nazirliyi 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yayıb

Berlində 20-ci Azərbaycan-Alman Tibb Günlərinin açılışı olub VİDEO

Berlində 20-ci Azərbaycan-Alman Tibb Günlərinin açılışı olub VİDEO

Maliyyə Nazirliyində 8 Noyabr – Zəfər Günü qeyd olunub