İQTİSADİYYAT
Tərtər rayonunun Qapanlı kəndinə təbii qaz verilmişdir
Tərtər, 21 dekabr (AZƏRTAC). Tərtər rayonunun Qapanlı kəndinə təbii qaz verilmişdir.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə rayon ictimaiyyətinin və sakinlərin iştirakı ilə mərasim keçirilmişdir.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov sakinləri əlamətdar hadisə münasibətilə təbrik etmiş, ölkədə və rayonda gedən sosial-iqtisadi inkişafdan, görülmüş işlərdən danışmışlar. Bildirilmişdir ki, indiyədək rayonun 12 kəndinə təbii qaz verilmişdir. Bu il Qazyan, Qaynaq, Hüsənli və Qapanlı kəndlərinə təbii qaz verilişi bərpa olunmuş, rayon mərkəzinin bütün qaz xətləri yenidən qurulmuş, tam qazlaşdırılması başa çatdırılmışdır. Hazırda Səhləbad və Əskipara kəndlərinin qazlaşdırılması davam edir. Tərtər çayının sol sahilinin qazlaşdırılması üçün təşkilatçılıq işlərinə başlanmışdır. 2013-cü ilədək rayonun bütün kəndlərinin qazlaşdırılması nəzərdə tutulmuşdur.
Məlumat verilmişdir ki, Qapanlı kəndinin qazlaşdırılması üçün 7 min 500 metr müxtəlif diametrli qaz xətləri çəkilmiş, 100 abonentə sayğac və qaztənzimləyicilər quraşdırılmışdır.
Kənd sakinləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildirmişlər.
Təbii qazın verilməsini bildirən rəmzi məşəl alovlandırılmışdır.