REGİONLAR
Tərtərdə 241 hektar sahədə təkrar əkin aparılıb
Tərtər, 17 sentyabr, AZƏRTAC
Cəbhə bölgəsində yerləşən Tərtər rayonunun iqtisadiyyatında aparıcı yer tutan kənd təsərrüfatında məhsul yığımı davam edir.
Rayon Statistika İdarəsinin rəisi Ədalət Məmmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bu günədək 44 min 821,6 ton dənli və dənli paxlalı bitkilər, o cümlədən 30 min 984,4 ton buğda, 13 min 190,8 ton arpa, 530,2 ton dən üçün qarğıdalı, 5,5 ton darı, 39,8 ton lobya, 70,9 ton noxud, 3655,8 ton günəbaxan, 4823 ton şəkər çuğunduru, 5463,6 ton kartof, 11 min 319,8 ton tərəvəz, 3198,2 ton meyvə və giləmeyvə yığılıb.
Məhsul yığımı başa çatmış sahələrdə cari ilin məhsulu üçün 241,1 hektar sahədə təkrar əkin aparılıb, təmiz herik şumu daxil edilməklə payızlıq əkinlər üçün 2745 hektar sahə şumlanıb.