REGİONLAR
Tərtərdə “Antibullinq” təlimləri çərçivəsində gənclərlə görüş keçirilib
Tərtər, 28 aprel, AZƏRTAC
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Tərtər nümayəndəliyinin təşkilatçılığı ilə "Antibullinq" təlimləri çərçivəsində psixoloq Esmira Hüseynzadə ilə gənclərin görüşü keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təlim zamanı Esmira Hüseynzadə gənclərə şiddətin həll yolu olmadığını, onun fəsadlarını və bu fəsadlardan xilas olmağın çıxış yolunu izah edib.
Görüşdə, həmçinin Tərtər İlk Peşə İxtisas Məktəbinin direktoru Faiq Məmmədov və Tərtər Rayon İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın məsul katibi Rəvan Həsənov və Tərtər rayon Polis Şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun baş inspektoru, polis mayoru Ceyhun Əliyev iştirak ediblər.
Sonda gənclərin sualları cavablandırılıb.