REGİONLAR
Tərtərdə bu günədək 29,4 min tondan çox taxıl tədarük olunub
Tərtər, 8 iyul, AZƏRTAC
Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda fermerlər və torpaq mülkiyyətçiləri məhsul yığımını davam etdirirlər.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, taxıl istehsalçıları bu günədək 10 min 908,4 hektar sahənin 10 min 888,3 hektarında biçini aparıb, 29 min 419,4 ton buğda, 12 min 870,4 ton arpa tədarük ediblər. Hər hektarın məhsuldarlığı buğda sahələrində 41,6 sentner, arpa zəmilərində isə 33,7 sentner təşkil edir.
Bundan başqa, indiyədək 407,4 ton dən üçün qarğıdalı, 50,4 ton noxud, 8 min 189,1 ton müxtəlif növ tərəvəz məhsulları, 3 min 962,4 ton kartof, 1748 ton müxtəlif növ meyvə istehsal olunub. Hər hektardan orta məhsuldarlıq qarğıdalı üzrə 51,9 sentner, noxud üzrə 25,2 sentner, tərəvəz məhsulları üzrə 123,2 sentner, meyvə üzrə isə 12,9 sentnerdir.