CƏMİYYƏT
Tərtərdə traktorçu minaya düşüb
Bakı, 26 oktyabr, AZƏRTAC
Oktyabrın 26-da səhər saatlarında Tərtər rayonu Talış kəndi ərazisində əkin təsərrüfatında çalışan traktorçu 1970-ci il təvəllüdlü Nurəliyev Elçin Xanbaba oğlunun minaya düşməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin regional qrupundan AZƏRTAC-a bildirilib ki, vətəndaş ərazidən çıxarılaraq xəstəxanaya çatdırılıb. Aldığı xəsarətlər nəticəsində onun bir qolu amputasiya edilib.
Hadisə əkin sahəsində iş prosesi vaxtı baş verib.
Araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [20:26]
Gənc prokurorluq əməkdaşları Heydər Əliyev Mərkəzini ziyarət edib
- 10.05.2024 [20:17]
Din xadimləri Ulu Öndərin xatirəsini yad ediblər
- 10.05.2024 [19:41]
AQTA rəhbərliyi Ulu Öndərin xatirəsini anıb
- 10.05.2024 [19:09]