REGİONLAR
Tərtərli müəllimlərin əməyi yüksək qiymətləndirilib
AZƏRTAC xəbər verir ki, rayonun təhsil işçiləri əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılmış abidəsi önünə tər gül-çiçək dəstələri qoyaraq, xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə ölkəmizdə təhsilə göstərilən diqqət və qayğıdan, son illər bu sahədə əldə olunan nailiyyətlərdən danışılıb və gənc nəslin təlim-tərbiyəsində zəhməti olan müəllimlərin işi yüksək qiymətləndirilib.
Bildirilib ki, təhsil sahəsində ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulan islahatlar hazırda Prezident İlham Əliyevin səyi və təşəbbüsü ilə uğurla davam etdirilir. Ölkədə təhsilin ən prioritet sahə olduğunu vurğulayan natiqlər dövlət başçısının diqqət və qayğısı nəticəsində bu sahədəki problemlərin həll olunduğunu, genişmiqyaslı layihələrin reallaşdırıldığını vurğulayıblar.
Mərasimdə bir qrup qabaqcıl təhsil işçisinə fəxri fərmanlar təqdim olunub.
Tədbirdə rayon mədəniyyət evinin özfəaliyyət ansamblı konsert proqramı ilə çıxış edib.