“Tesla”nın mənfəəti artıb
Bakı, 23 aprel, AZƏRTAC
Cari ilin birinci rübündə ABŞ-nin “Tesla” şirkətinin xalis mənfəəti illik müqayisədə 17 faiz artıb.
AZƏRTAC şirkətin məlumatına istinadla xəbər verir ki, yanvar-mart aylarında şirkətin ümumi gəliri illik müqayisədə 16 faiz artaraq 22,4 milyard dollara çatıb. Ötən ilin müvafiq dövründə “Tesla” 19,34 milyard dollar gəlir əldə etmişdi.
Bu ilin ilk rübündə şirkətin xalis mənfəəti isə illik müqayisədə 17 faiz artaraq 477 milyon dollara yüksəlib. “Tesla”nın mənfəəti ötən ilin eyni rübündə 409 milyon dollar olmuşdu. Şirkətin birinci rübdə gəliri bazar gözləntilərindən bir qədər aşağı olsa da, mənfəəti gözləntiləri üstələyib.
“Tesla” cari ilin birinci rübündə dünya miqyasında 408 min 386 avtomobil istehsal edib, 358 min 23 avtomobil tədarük edib. Şirkətin avtomobil istehsalı bu dövrdə illik müqayisədə 13 faiz, tədarük edilən avtomobillərin sayı isə 6 faiz artıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [11:56]
Pakistan Məkkə Müdafiə Sazişinə sadiq olduğunu bir daha bəyan edib
- 12.10.2026 [11:32]
Fransada Alen Soralın təsis etdiyi ifrat sağçı assosiasiya buraxılır
- 12.10.2026 [11:30]
Almaniyanın əmək və sosial məsələlər naziri istefa verib
- 12.10.2026 [11:28]
Cibuti sahillərində qayığın batması nəticəsində 139 miqrant ölüb
- 12.10.2026 [11:24]
Rusiya dünya bazarının dizelə olan tələbatını ödəyə biləcəkmi?
- 12.10.2026 [11:07]
NASA-nın roveri Marsda sübh şəfəqinin şəklini çəkib
Bu saata olan əsas xəbərlər
- [12:01]
Oman sahillərində tankerə dron hücumu olub, iki dənizçi itkin düşüb
- 11.10.2026 [23:47]
Özge Gürel: “44” filmindəki hekayədə var olduğum üçün qürur duyuram
- 11.10.2026 [23:40]
Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq
- 11.10.2026 [23:09]
XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb
- 11.10.2026 [22:22]
Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib
- 11.10.2026 [21:37]
Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub
- 11.10.2026 [21:21]
Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb
- 11.10.2026 [21:08]
Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub
- 11.10.2026 [20:47]