ELM VƏ TƏHSİL
Tətbiqi ekologiyanın problemləri müzakirə olunmuşdur
Bakı, 14 oktyabr (AZƏRTAC). Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr edilmiş “Tətbiqi ekologiyanın problemləri” mövzusunda elmi-metodiki konfrans keçirilmişdir.
Bakı Dövlət Universitetindən AZƏRTAC-a bildirmişlər ki, konfransda BDU-nun Elm və innovasiyalar üzrə prorektoru, professor Aydın Kazımzadə ekoloji məsələlərə ölkəmizdə göstərilən diqqətdən danışmışdır.
Ekoloji kimya kafedrasının müdiri, professor Sevinc Hacıyeva müasir dünyanın, o cümlədən Azərbaycanın ekoloji problemlərindən bəhs etmişdir.
Sonra mövzu üzrə məruzələr dinlənilmiş, bölmə iclasları olmuşdur.