Texasda atışmada 3 nəfər ölüb
Vaşinqton, 12 avqust, AZƏRTAC
ABŞ -ın Texas ştatının Ostin şəhərində “Target” alış-veriş mərkəzinin qarşısında atışma baş verib.
AZƏRTAC-ın məlumatına görə, hadisə nəticəsində üç nəfər ölüb, şübhəli şəxs saxlanılıb. Polisin yaydığı məlumata görə, 32 yaşlı şübhəli alış-veriş mərkəzinin dayanacağından avtomobil oğurlayaraq hadisə yerindən qaçıb. Daha sonra o, oğurlanmış avtomobili qəzaya uğradıb və avtosalondan başqa bir avtomobil oğurlayıb. Ardınca o, polis tərəfindən saxlanılıb.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.11.2026 [04:34]
İİKK: Hörmüz boğazında qaydaları pozan iki tanker minaya düşərək yanıb
- 08.11.2026 [03:07]
ABŞ qüvvələri Oman körfəzində ticarət gəmisini zərərsizləşdirib
- 08.11.2026 [01:41]
Polşada atəş açan şəxsin evində üç nəfərin cəsədi tapılıb
- 07.11.2026 [22:11]
Ərdoğan ilə Tramp arasında telefon danışığı olub
- 07.11.2026 [08:58]