Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 20-ci bəndini rəhbər tutaraq qərara alır:

“Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 2, maddə 81; 2005, № 4, maddə 278; 2007, № 10, maddə 938; 2008, № 11, maddə 957; 2014, № 4, maddə 332) aşağıdakı dəyişikliklər edilsin:

1. 14-cü maddənin 2-ci hissəsinə “hesabına” sözündən sonra “(“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla)” sözləri əlavə edilsin.

2. 17-ci maddənin 2-ci hissəsinin birinci abzasında “orqanının vəzifəli şəxsləri aşağıdakı səlahiyyətlərə malikdirlər” sözləri “orqanı aşağıdakı səlahiyyətlərə malikdir” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 sentyabr 2014-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin