Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

“The Business Year” jurnalının Azərbaycana həsr olunmuş xüsusi buraxılışının Bakıda təqdimatı keçirilmişdir
Birinci xanım Mehriban Əliyeva dünyada “İlin Birinci Xanımı” mükafatına layiq görülmüşdür VİDEO

Bakı, 14 may (AZƏRTAC). Mayın 14-də Bakıda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və “The Business Year” şirkətinin təşkilatçılığı ilə “The Business Year: Azerbaijan-2014” nəşrinin təqdimat mərasimi keçirilmişdir.

AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində Azərbaycanın dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, ictimaiyyətin və KİV-lərin nümayəndələri iştirak etmişlər.

Tədbirdə “The Business year: Azerbaijan-2014” nəşrinin xüsusi buraxılışı barədə slayd şou nümayiş etdirilmişdir.

Nəşrin regional direktoru xanım Betül Çakaloğlu çıxış edərək Azərbaycana həsr olunmuş buraxılış barədə iştirakçılara məlumat vermişdir.

B.Çakaloğlu Azərbaycanın dinamik inkişafını, dünyanın geosiyasi məkanında fəal iştirak etdiyini, ölkəmizin mühüm beynəlxalq ictimai, siyasi, iqtisadi, humanitar forumlara, konfranslara, idman yarışlarına ev sahibliyi etdiyini xüsusi vurğulamışdır.

B.Çakaloğlu “The Business year: Azerbaijan-2014” nəşrinin ərsəyə gəlməsində kömək göstərmiş Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinə və digər qurumlara təşəkkürünü bildirmişdir.

Diqqətə çatdırılmışdır ki, baş ofisi Londonda yerləşən “The Business Year” dünyanın müxtəlif bölgələrini - Latın Amerikası, Asiya və Afrikanı əhatə edən geniş coğrafiyada sosial-iqtisadi prosesləri izləyən və öz nəşrində işıqlandıran nüfuzlu şirkətdir.

“The Business Year” şirkəti ayrı-ayrı ölkələrin sosial-iqtisadi durumu və inkişaf meylləri, biznes və investisiya mühiti, aparıcı qurumları və digər məsələlər haqqında ildə 20-dən çox xüsusi buraxılış hazırlayır və bütün dünyada yayır. Şirkətin xüsusi buraxılışları dünyanın aparıcı biznes layihələrinin reallaşdırılmasına öz töhfəsini verir.

“The Business Year” nəşrinin baş redaktoru Leland Rays jurnalın əhatə dairəsinə 30 ölkənin daxil olduğunu, bunların içərisində Azərbaycanın xüsusi yer tutduğunu qeyd etmişdir. Baş redaktor Azərbaycanın son 10 ildə iqtisadi uğurlar əldə etdiyini bildirərək demişdir: “Son 4 il ərzində jurnal Azərbaycan ilə çox sıx əməkdaşlıq əlaqələri qurmuşdur. Azərbaycanın iqtisadi uğurlarını işıqlandırmaq bizim üçün şərəfdir. Biz jurnalın oxucu auditoriyasının Azərbaycana olan marağının artmasını müşahidə edirik”.

X X X

 

Azərbaycan Respublikası Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli HƏSƏNOV təqdimat mərasimində çıxış edərək demişdir:

- Bu gün dünyanın müxtəlif ölkələrində, nüfuzlu beynəlxalq qurumlarda, ayrı-ayrı mötəbər tədbirlərdə inkişafın Azərbaycan modeli, Azərbaycan fenomeni haqqında çox danışılır. Bu fenomen nədən ibarətdir və Azərbaycan belə yüksək göstəriciyə necə nail oldu? Hesab edirəm ki, bunun əsasında ümummilli lider Heydər Əliyevin formalaşdırdığı ideya-siyasi xəttin, inkişaf strategiyasının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən zənginləşdirilərək, müasir dövrün reallıqları, inkişaf meylləri nəzərə alınmaqla, konseptual şəkildə, konkret proqramlar əsasında uğurla davam etdirilməsi amili durur. Cənab İlham Əliyevin 10 illik prezidentliyi dövründə Azərbaycanın identikliyi, özünəməxsus cəhətləri sürətlə inkişaf etdirildi və bütün dünyaya təqdim olundu.

Məlum olduğu kimi 2013-cü ildə “The Business Year” şirkəti Azərbaycan Prezidenti İlham Əliyevi dünyada “İlin Prezidenti” elan etmişdir. Bunun əsas səbəbləri dövlət başçısının son beş ildə Azərbaycanın dinamik inkişafına, dünyanın geosiyasi məkanında fəal iştirakına, BMT-nin Təhlükəsizlik Şurasının üzvü kimi qlobal arenada sülh və təhlükəsizliyin təmin olunmasına, ilk “Azərspace” telekommunikasiya peykinin orbitə çıxarılması ilə bölgədə və dünyada internetin, informasiya-kommunikasiya texnologiyaları sektorunun inkişafına verdiyi önəmli töhfələr, habelə ölkənin mühüm beynəlxalq ictimai, siyasi, iqtisadi, humanitar forumların, konfransların, idman yarışlarının keçirildiyi mərkəzə çevrilməsindəki xidmətləri olmuşdur. Göründüyü kimi, bu səbəblərin hər biri Azərbaycanın müasir tarixində ölkəmizin identikliyini şərtləndirən vacib amillərdir.

Bu gün milli nümunə, milli identiklik barədə danışarkən biz 6 istiqaməti əsas götürürük:

Birinci nümunə. Azərbaycan heç kimdən asılı olmayan, milli maraqlara uyğun, tam müstəqil daxili və xarici siyasət yürüdən dövlətdir. Bunun bariz nümunəsi kimi 2012-ci ildə Azərbaycanın güclü rəqabət şəraitində 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçilməsini və dünyanın nəhəng dövlətləri ilə birlikdə beynəlxalq münasibətlər sistemində yaxından iştirak etmək hüququ qazanmasını göstərmək olar. Azərbaycan bu qurumda iki illik fəaliyyəti ilə təsdiq etdi ki, böyüklüyündən, kiçikliyindən asılı olmayaraq, tam müstəqil siyasət yürüdən hər bir dövlət öz nümunəsini ortaya qoya və dünyada humanist dəyərlərin, ədalət prinsipinin, sülh və təhlükəsizliyin möhkəmlənməsinə layiqli töhfələr verə bilər. Deməli, tam müstəqil siyasət nəticəsində Azərbaycan beynəlxalq münasibətlər sisteminin öz səsi, mövqeyi olan, rəyinə hörmətlə yanaşılan nüfuzlu subyektinə çevrilmişdir ki, bu da cəmi 20 ildir dövlət müstəqilliyini əldə etmiş bir ölkə üçün çox böyük uğur hesab oluna bilər.

İkinci nümunə. 2003-cü ildən başlayaraq sürətli sosial-iqtisadi inkişaf mərhələsinə qədəm qoyan Azərbaycan həm də dünyaya özünün yeni inkişaf modelini təqdim etmişdir. Son 10 ildə Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox artmış, yoxsulluq və işsizlik minimum səviyyəyə endirilmiş, yeni sosial-iqtisadi infrastruktur formalaşdırılmış, cəmiyyətimiz, ölkəmiz müasirləşmişdir. Azərbaycan regionun nəqliyyat-logistika mərkəzinə çevrilmiş, bölgənin və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində ciddi rol oynamağa başlamış, öz peykini orbitə çıxararaq kosmik klubun üzvü olmuşdur. Azərbaycan öz təcrübəsi ilə bütün dünyaya göstərmişdir ki, ərazisinin 20 faizi işğal edilmiş, bir milyondan artıq qaçqın və məcburi köçkün vətəndaşı olan kiçik bir dövlət belə, ağıllı, düşünülmüş iqtisadi siyasət nəticəsində dünya nəhənglərinin iqtisadi tənəzzüldən əziyyət çəkdiyi bir dövrdə qibtə olunacaq inkişaf və tərəqqiyə imza ata bilər. Azərbaycan həm də dünyaya səs salan şirkətləri, brendləri ilə tanınmışdır. Bu gün Türkiyə iqtisadiyyatına 20 milyard dollardan artıq yatırım edən, Avropanın inkişaf etmiş ölkələrinin iqtisadi sistemində, ciddi rəqabət şəraitində özünə mövqe qazanmış SOCAR dünyanın bp, “Statoil”, “Şevron” və digər transmilli enerji nəhəngləri ilə bir sırada dayanır.

Yaxud, “ASAN xidmət” məhz Azərbaycan brendi kimi dünyada ad çıxarmış, bir sıra ölkələrdə bu mütərəqqi təcrübənin tətbiq edilməsi müzakirə mövzusuna çevrilmişdir. Eləcə də “The Business Year” tərəfindən fəaliyyəti qiymətləndirilən və rəhbərləri bugünkü tədbirə qatılmış çoxsaylı şirkətlərimiz dünyanın nüfuzlu biznes dairələrində öz adları ilə, eyni zamanda, Azərbaycanın brendi kimi tanınır, ölkəmizi layiqincə təmsil edirlər. Deməli, Azərbaycan həm özünün inkişaf nümunəsi, həm də brendləri ilə dünyada tanınan bir ölkəyə çevrilmişdir. Məhz bu fenomenal inkişafın nəticəsidir ki, ölkəmizin daimi iştirakçısı olduğu Dünya Davos İqtisadi Forumu 2013-cü ildə Azərbaycanda keçirilmiş və bu mötəbər qurum Azərbaycanın inkişaf nümunəsini öyrənməyə başlamışdır.

Üçüncü nümunə. Son 10 ildə Azərbaycan mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanına çevrilərək bütün dünyaya öz tolerantlıq, humanizm nümunəsini təqdim edir. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Beynəlxalq Humanitar Forum və digər bu kimi mötəbər tədbirlərə ev sahibliyi edən Bakı şəhəri bu gün Avrasiya məkanında beynəlxalq humanitar mərkəz statusu qazanmışdır. Azərbaycan məscidin, kilsənin və sinaqoqun yan-yana fəaliyyət göstərdiyi nadir tolerantlıq məkanı kimi bütün dünyada tanınır və qəbul edilir. Təbii ki, Azərbaycanın bu identikliyini şərtləndirən ən başlıca amil ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideyasının bütün Azərbaycan vətəndaşlarının düşüncəsinə hakim kəsilməsi və milli vətəndaş birliyini möhkəmləndirməsidir. Bu sahədə Heydər Əliyev Fondunun və onun prezidenti, Azərbaycanın birinci xanımı, xoşməramlı səfir Mehriban Əliyevanın yorulmaz fəaliyyəti xüsusi qeyd edilməlidir. Heydər Əliyev Fondu cəmiyyətin dinamik inkişafına verdiyi mühüm töhfələrə, Azərbaycan mədəniyyətinin dünyada təbliği sahəsində əvəzsiz xidmətlərinə, ümumdünya mədəni irsinin qorunub-saxlanması işinə hərtərəfli dəstəyinə, sosial ədalət və humanizm prinsiplərinə sadiqliyinə görə, həm Azərbaycan cəmiyyətində, həm də dünyada böyük nüfuz və etimad qazanmışdır. Heydər Əliyev Fondu öz humanitar missiyası ilə milli və qlobal müstəvidə olduqca vacib məsələlərin həllinə özünəməxsus yenilik gətirmişdir ki, bu da, əlbəttə, növbəti Azərbaycan nümunəsi kimi səciyyələndirilməlidir. Buna görə də “The Business Year” şirkəti Mehriban xanım Əliyevanı dünyada “İlin Birinci Xanımı” mükafatına layiq görmüşdür.

Dördüncü nümunə. Ötən illər ərzində Azərbaycanda Olimpiya hərəkatı geniş vüsət almış, nəhəng, müasir idman infrastrukturları yaradılmış, idmançılarımız dünyanın müxtəlif ölkələrində keçirilən mühüm beynəlxalq yarışlarda böyük uğurlara imza atmışlar. 2012-ci il London Olimpiya Oyunlarında Azərbaycan 2-si qızıl olmaqla 10 medal qazanaraq bütün iştirakçı ölkələr arasında 30-cu, Avropa ölkələri arasında 15-ci, müsəlman ölkələri arasında isə 3-cü yeri tutmuşdur. Eyni zamanda, ötən illər ərzində ölkəmiz bir çox beynəlxalq turnirlərə ev sahibliyi edərək böyük təcrübə qazanmışdır. Azərbaycan qısa zaman kəsiyində bu sahədə də yeni nümunə ortaya qoymuş və sübut etmişdir ki, ən nəhəng tədbirlərə uğurla ev sahibliyi etmək iqtidarındadır. Hesab edirəm ki, Avropa Olimpiya Komitəsinin 2015-ci ildə tarixdə ilk dəfə Avropa Oyunlarının Azərbaycanda keçirilməsi barədə qərarı bu inkişaf nümunəsinin Avropa ictimaiyyəti tərəfindən qəbul edilməsinin məntiqi nəticəsidir.

Onu da etiraf etməliyik ki, 2000-ci ilin əvvəlində Azərbaycanda ilk Olimpiya Kompleksinin təməli qoyulanda 10 il sonra ölkəmizin belə böyük nailiyyətə imza atacağını ehtimal etmək çətin idi.

Beşinci nümunə. Azərbaycan hazırda regional və qlobal səviyyəli mərkəzə çevrilmişdir. Məlumdur ki, Şərq ilə Qərbin kəsişməsində yerləşən Azərbaycan olduqca əlverişli coğrafi və geostrateji əhəmiyyətə malik ölkədir. Ancaq tarixən biz bu üstünlüyümüzdən milli mənafelərimiz, xalqımızın maraqları naminə lazımi səviyyədə istifadə edə bilməmişdik. Məhz ümummilli lider Heydər Əliyev 1993-cü ildə ikinci dəfə hakimiyyətə gəldikdən sonra enerji amili ilə yanaşı, bu amil də Azərbaycanın reallaşdırdığı siyasi kursun əsas rıçaqlarından birinə çevrilmişdir. Son 10 ildə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan regional və qlobal mərkəz statusunu qazanmışdır. Bu gün Azərbaycanın rəyi və mövqeyi nəzərə alınmadan Cənubi Qafqaz regionunda hər hansı layihənin reallaşdırılması mümkün deyildir. Bütün böyük regional layihələrin təşəbbüskarı və əsas icraçısı da məhz Azərbaycandır. Göründüyü kimi, müstəqillik dövründə həm enerji, həm də coğrafi və geostrateji amillər Azərbaycanın milli maraqlarına xidmət etməyə başlamış və xalqımıza, milli dövlətçiliyimizə olduqca böyük dividendlər gətirmişdir.

Altıncı nümunə. Müstəqillik illərində Azərbaycanda enerji resurslarının ixracından əldə olunan gəlirlərin istifadə taktikası müəyyənləşdirilmiş, əldə olunan gəlirlər milli inkişafa, Azərbaycan xalqının rifahının yüksəlməsinə yönəldilmişdir. Neft kapitalının insan kapitalına çevrilməsi, gələcək nəsillərin yetişdirilməsi, onlarda ölkənin gələcəyinə sahiblik hissinin tərbiyə edilməsi siyasəti uğurla reallaşdırılır. Prezident İlham Əliyevin bu sahədə atdığı addımlar, həyata keçirdiyi gənclər və təhsil siyasəti hazırda bir milli nümunə kimi bütün xarici aləmin diqqətini cəlb edir.

Beləliklə, 20 illik müstəqillik dövründə, xüsusən də İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan bütün sahələrdə öz nümunəsini, identikliyini ortaya qoyaraq dünyaya güclü, müstəqil, müasir, davamlı inkişaf edən bir ölkə kimi açılmışdır. Bu gün nüfuzlu beynəlxalq təşkilatların, ayrı-ayrı dövlətlərin, araşdırma mərkəzlərinin, medianın diqqətini ölkəmizə cəlb edən də məhz bu amildir. “The Business Year” şirkətinin 4 ildir ardıcıl olaraq Azərbaycan ilə əməkdaşlığının əsasında da məhz bu nümunəni dünyaya daha yaxından tanıtmaq məqsədi dayanır.

X X X

Sonra müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim edilmişdir.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Azərbaycanın ictimai, sosial və mədəni həyatında fəal iştirakına, cəmiyyətin dinamik inkişafına verdiyi mühüm töhfələrə, mədəniyyətimizin dünyada təbliği sahəsində əvəzsiz xidmətlərinə, həmçinin ümumdünya mədəni irsinin qorunub saxlanması işinə hərtərəfli dəstəyinə, sosial ədalət və humanizm prinsiplərinə sadiqliyinə görə dünyada “İlin Birinci Xanımı” mükafatına layiq görülmüşdür.

Avropa Azərbaycan Cəmiyyətinin sədri Tale Heydərova “İlin Beynəlxalq Dialoqu” mükafatı təqdim edilmişdir.

“Kaspi” Təhsil Mərkəzinə “Vətəndaş Cəmiyyəti Sahəsindəki Nailiyyət” mükafatı verilmişdir.

“Azersun Holdinq” şirkəti “İlin İxracatçısı” mükafatına layiq görülmüşdür.

Azərbaycanın milli maraqlarının təbliğinə görə “Vətənpərvərlik” mükafatı Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənova təqdim edilmişdir.

Tədbirdə “İlin Xarici İnvestoru”, “İlin Korporativ Bankı”, “İlin Aviaşirkət Rəhbəri”, “İlin Mobil İnternet Provayderi”, “İlin İnfrastruktur Yeniliyi”, “İlin İnvestoru”, “İlin Sənaye Şirkəti” mükafatları da təqdim edilmişdir.

Mərasim konsert proqramı ilə davam etmişdir.

Qeyd edək ki, “The Business Year” jurnalının Azərbaycan ilə bağlı xüsusi buraxılışı artıq dördüncü dəfədir nəşr olunur.

Nəşrdə ölkəmizin siyasi, sosial-iqtisadi inkişafının əsas göstəriciləri, beynəlxalq miqyasda artan nüfuzu barədə oxuculara ətraflı məlumat verilir.

Xüsusi buraxılışda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın müsahibələri dərc olunmuşdur.

Nəşrin budəfəki qonaq müsahibləri Latviyanın Prezidenti Andris Berzinş, Rumıniyanın Baş naziri Viktor Ponta, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncı, Avropa İttifaqının genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle, Dünya Bankının Azərbaycan üzrə meneceri Larisa Leşçenko, bp şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell, “Total E&P Azərbaycan” şirkətinin baş meneceri Kristian Jüdiselli və başqalarıdır. Onlar müsahibələrində Azərbaycanın bölgədə və dünyada artan nüfuzundan, inkişaf dinamikasından, beynəlxalq əlaqələrindən söhbət açırlar.

Budəfəki buraxılışda Azərbaycanın siyasi, iqtisadi, enerji, sosial, mədəni, səhiyyə, idman, sənaye, informasiya-kommunikasiya texnologiyaları, tikinti, nəqliyyat sahələrində son dövrlərdə qazanılmış nailiyyətlərlə bağlı məsul vəzifəli şəxslərin, tanınmış yerli və xarici şirkət rəhbərlərinin müsahibələri də yer almışdır. Bundan başqa, Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində ölkəmizin bütün sahələrdə əldə etdiyi nailiyyətlərdən bəhs edən məqalələr də dərc olunmuşdur.

Xüsusi buraxılışda paytaxt Bakıda son illərdə aparılan tikinti-quruculuq işləri və ölkəmizin turizm obyektləri ilə bağlı fotoşəkillər yer almışdır.

“The Business Year” jurnalının Azərbaycana həsr olunmuş xüsusi buraxılışının Bakıda təqdimatı keçirilmişdirBirinci xanım Mehriban Əliyeva dünyada “İlin Birinci Xanımı” mükafatına layiq görülmüşdür VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

A Seriyası: "Roma" - "Yuventus" oyununda qalib müəyyənləşməyib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Almaniyada hərbi zavodda yanğını ram etmək mümkün olmayıb

Zəhərli ilanların yaşayış arealı böyüyür

Gəmilərdə atom saatı quraşdırılacaq

Vyetnamda anomal istilər ekoloji fəlakətə səbəb olub

ADPU-nun Psixoloji-pedaqoji xidmət laboratoriyasında “Açıq qapı” günü keçirilib

Nazir: Rusiyanın enerji infrastrukturuna son hücum dalğası Ukraynaya 1 milyard dollardan artıq ziyan vurub

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisini göndərilib

Superliqa: "Qalatasaray" çempionluq yolunda vacib qələbə qazanıb

Hacıqabulda ağacəkmə aksiyası zamanı 200 yeni ting əkilib

Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq

İngiltərə Premyer Liqası: “Liverpul” “Tottenhem”i məğlubiyyətə uğradıb

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulub

Türkiyənin Pakistandakı səfiri İƏT Baş katibinin xüsusi nümayəndəsi təyin edilib

Premyer Liqa: “Sabah” “Araz-Naxçıvan”ı minimal hesabla məğlub edib

Dünya Kuboku: Qadınlar və kişilər arasında stend atıcılığının səngər növündə qaliblər bəlli olub

Xarkovun mərkəzi atəşə tutulub, yaralılar var

“Togg” Türkiyənin elektrik mühərrikli avtomobil bazarında lider olub

Quba Regional Elmi Mərkəzinin Kitabxanasının açılışı olub

“Zirə” Premyer Liqada ikinci pilləyə yüksəlib

Gürcüstanın pravoslav xristianları Pasxa bayramını qeyd edirlər

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb

Avropa Kuboku: Azərbaycan gimnastı gümüş medal qazanıb

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024” başa çatıb 

Sabunçuda arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi başlanılıb

Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib

Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır