Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

“The Jewish Press”: İsraildə yaşayan yüzlərlə Azərbaycan mənşəli yəhudi Ermənistanın təcavüzünə qarşı çıxış edib

Bakı, 13 avqust, AZƏRTAC

Bazar ertəsi Təl-Əviv-Yaffoda Azərbaycan mənşəli təxminən 600 yəhudi qədim Yaffo şəhəri boyunca yürüş keçirib, sonra Erməni Mədəniyyət Mərkəzinin və Erməni kilsənin yanında nümayişə toplaşıblar. Onları hiddətləndirən bu faktdır ki, bu yaxınlarda Azərbaycanın Tovuz rayonunda bir neçə gün davam etmiş şiddətli döyüş əməliyyatları zamanı ermənilər tərəfindən artilleriya silahlarından açılan atəşlər nəticəsində Azərbaycanın 12 hərbi qulluqçusu və 76 yaşlı bir mülki şəxs həlak olub.

AZƏRTAC xəbər verir ki, israilli jurnalist və siyasi analitik Raxel Avraham nüfuzlu “Jewish Press” informasiya agentliyinin saytında “İsraildə yaşayan yüzlərlə Azərbaycan mənşəli yəhudi Ermənistanın təcavüzünə qarşı çıxış edib” sərlövhəli məqaləsində bu barədə yazıb.

Məqalə müəllifi qeyd edir ki, həmin nümayişdə ravvin Şmuel Siman Tov çıxış edib. Ravvin bildirib ki, ermənilər onun kürəkənini və qardaşını öldürüblər. O, Ermənistan tərəfindən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi pozulmaqla Azərbaycanın Dağlıq Qarabağ regionunun işğal olunmasına istinad edərək Ermənistanı qanunsuz işğalçılıqda təqsirləndirib.

Siman Tov deyib: “Biz tələb edirik ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın tarixi Dağlıq Qarabağ bölgəsindən və ona bitişik 7 rayonundan çıxarılsın. Azərbaycan və İsrail həmrəydir”.

Nümayişin təşkilatçılarından biri - israilli siyasi analitik Arye Qut da Qarabağın ermənilər tərəfindən işğal olunduğunu bəyan edərək deyib: “Mən İsraildəki Azərbaycan yəhudiləri diasporu adından bəyan edirəm ki, bizim Azərbaycanı və Azərbaycan əsgərlərini dəstəkləmək üçün keçirdiyimiz bu nümayiş tamamilə dinc xarakter daşıyır. Biz - Azərbaycandan İsrailə köçmüş, hazırda burada yaşayan vətəndaşlar İsrail qanunvericiliyi çərçivəsində lazım bildiyimiz yerdə nümayişlər keçirmək hüququna malikik. Biz istər Ermənistan Mədəniyyət Mərkəzinə, istərsə də Erməni Kilsəsinə qarşı hər hansı provokasiyalar törətmək niyyətində deyilik. Biz yalnız bunu tələb edirik ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini yerinə yetirsin, Azərbaycanın beynəlxalq aləmdə qəbul edilmiş tarixi ərazisi olan Dağlıq Qarabağı və ona bitişik yeddi Azərbaycan rayonunu işğaldan azad etsin, 1 milyon azərbaycanlı qaçqın öz tarixi torpaqlarına qayıtsın”.

İsrailli siyasi analitik qeyd edib ki, Ermənistan İsrail-Azərbaycan münasibətlərini hər vasitə ilə korlamağa çalışır. Arye Qut deyib: “Onlar bunu edə bilməycəklər. Azərbaycan İsrailin dünyada real strateji tərəfdaşıdır. Azərbaycan multikulturalizm və tolerantlıq nümunəsidir. Bu gün Azərbaycanda 25 minlik yəhudi icması var. Bəs Ermənistanda necə? - orada demək olar ki, yəhudi yoxdur. Ermənistanda təxminən 50 etnik yəhudi yaşayır.

Dörd il bundan əvvəl Yerevanda antisemit, nasistlərin aşkar əlaltısı Qaregin Njdeyə heykəl qoyulub. Biz israillilər buna necə münasibət bildirməliyik?

Faşistlərin əlaltılarının xatirəsinin hörmətlə yad edilməsi Holokost qurbanlarının xatirəsinə təhqirdir. Şəxsən mənim babam Ukraynada nasistlərin törətdikləri vəhşiliklər nəticəsində bütün ailə üzvlərini itirib. Bu, mənim üçün dözülməz ağrıdır. Artıq gizli deyil ki, Ermənistanda faşizm ideologiyası, nasist Almaniyası ilə sıx əməkdaşlıq etmiş erməni faşistlərin xatirəsi dövlət səviyyəsində təbliğ edilir.

Hiddətləndirici faktdır ki, “njdeizm” adlı faşist ideologiyası Ermənistanın tədris müəssisələrinin proqramlarına daxil edilib və gənc nəsil bu ruhda tərbiyə edilir. Yəhudi xalqı İkinci Dünya müharibəsi dövründə Njde başda olmaqla 20 minlik erməni legionu tərəfindən törədilmiş qəddar aktları heç vaxt unutmayacaq. Tarixi sənədlərlə təsdiqlənən faktdır ki, Njdenin başçılıq etdiyi erməni legionunun məqsədi alman ordusu üçün yararsız sayılan yəhudilərin evlərinə hücum etmək, onları məhv etmək idi. Məhz erməni legionunun əməlləri nəticəsində Simferopol, Yevpatoriya, Aluşta, Kerç və Feodosiya şəhərləri, Qərbi Krımın digər rayonları yəhudilərdən tamamilə “təmizlənmişdi”. İndi isə Qaregin Njdeni milli qəhrəman elan edir, Yerevanın mərkəzində ona heykəl qoyurlar. O faşist olub, lakin erməni olduğuna görə milli qəhrəman sayılır”.

“İsraildə Azərbaycan evi”nin rəhbəri Şirin Nexamiya Mixaeli bu yürüşü dəstəkləyən həmvətənlərinə təşəkkür edərək deyib: “Qədim Azərbaycan torpağında iudaizm, İslam və xristianlıq məzhəbləri yanaşı mövcud olub. Bu diyar bu gün də dini dözümlülük nümayiş etdirir. Azərbaycanlılar və yəhudilər əsrlərboyu qardaşcasına yaşayıblar. Onları ortaq tale və ortaq tarix birləşdirir. Biz bütün dünyaya və ən başlıcası, işğalçı ermənilərə müraciət edərək tam məsuliyyətlə bəyan edirik ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi həm də bizim faciəmiz, bizim ağrımızdır, çünki ədalət Azərbaycanın tərəfindədir.

“İsraildə Azərbaycan evi”nin rəhbəri vurğulayıb: “İşğalçılara qarşı bu dəhşətli müharibədə yəhudilər və azərbaycanlılar həmişə birgə vuruşublar. Onlar birgə yaşadıqları, bir-birinin sevincinə şərik olduqları kimi, birlikdə də döyüşüblər. Biz, əslən Azərbaycandan olanlar fəxr edirik ki, erməni işğalçılara qarşı bu müharibədə müstəqil Azərbaycanın ilk milli qəhrəmanlarından biri bizim qardaşımız Albert Aqarunov olub. O, Azərbaycan və yəhudi xalqlarının mərdlik və qardaşlıq rəmzinə çevrilib”.

Nümayişdə iştirak edən Firudin bildirib ki, onun bu etiraz aksiyasına qoşulmasına səbəb Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsidir. O deyib: “Biz öz torpağımızı qaytarmaq istəyirik ki, qaçqınlar evlərinə qayıda bilsinlər. Dağlıq Qarabağ və Azərbaycanın bu bölgəyə bitişik yeddi rayonu işğal edildiyinə görə ölkədə orta hesabla hər yeddi vətəndaşdan biri qaçqın və ya məcburi köçkündür. Bu səbəbdən insanların çoxu evsiz qalıb. Ən pisi budur ki, ermənilər daha çox torpaq ələ keçirmək istəyirlər. Onlar Qara dənizdən Xəzər dənizinə qədər bütün ərazini tutmaq istəyirlər”.

Mari Ryanoroski adlı nümayişçi Firudinin sözlərinə qüvvət verərək deyib: “1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Azərbaycanın Xocalı şəhərinin dinc əhalisinə qarşı soyqırımı aktı törədib. Bu qanlı qətliamda 613 nəfər öldürülüb, 487 nəfər şikəst edilib, 1275 qoca, qadın və uşaq işgəncə və təhqirlərə məruz qalıb. Xocalının dinc sakinlərinin məhv edilməsinin yalnız bir səbəbi vardı - onlar hamısı azərbaycanlılar idi. Günahsız uşaqlara, qadınlara və qocalara qarşı bu vəhşi amansızlığı izah etmək mümkün deyil. Bu, XX əsrin sonlarında təkcə bir nəslin faciəsi deyil, bəşəriyyət tarixində ən dəhşətli cinayətlərdən biridir. Lakin təəssüf ki, bu yaxınlarda baş vermiş hadisələr problemin hələ də mövcud olduğunu göstərdi. Azərbaycan ərazisinin 20 faizi işğal altındadır. Biz istəyirik ki, beynəlxalq birlik zəruri tədbirlər görsün və Azərbaycan üçün ədalət zəfər çalsın”.

Məqalənin müəllifi qeyd edir ki, nümayişçilər belə şüarlar səsləndirirdilər: “Qarabağa qarşı erməni təcavüzünü dayandırın”, “Erməni işğalına son qoyun”, “Qarabağ Azərbaycanın tarixi ərazisidir”, “Qarabağ Azərbaycandır”, “Qarabağ bizimdir”, “İsrail Azərbaycanın ərazi bütövlüyünə hörmət edir”.

Onların əllərində tutduğu plakatlarda bu sözlər yazılmışdı: “Nasist antisemit general Qaregin Njde Holokost qurbanlarının xatirəsinə ləkədir”, “erməni işğalını dayandırın: Xocalı uşaqlarını yad edin”, “Azərbaycana qarşı erməni terrorizmini dayandırın”, “İsrail dövləti Azərbaycanın ərazi bütövlüyünə hörmət edir”, “Mən Azərbaycandanam və mənim ölkəmin 20 faizi Ermənistan tərəfindən işğal edilib”, “Xocalıya ədalət!”

Siyasi ekspert eksklüziv müsahibəsində vurğulayıb ki, Azərbaycan-Ermənistan sərhədi boyunca bu yaxınlarda baş vermiş hərbi toqquşmalar Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsindən və ona bitişik 7 rayonundan 300 kilometr məsafədə törədilib.

Arye Qut deyib: “Ermənistanın əvvəlki hakim rejimləri iki ölkənin sərhədində provokasiyalardan çəkinməyə çalışdıqları halda indiki rejim tamam başqa istiqamətdə gedir. Rəsmi Yerevan nəyə görə hərbi avantüranı və provokasiyanı işğal edilmiş Dağlıq Qarabağ regionunda deyil, dövlət sərhədinə başlamağı qərara alıb?

Hərbi əməliyyatlar meydanının Qarabağda təmas xəttindən dövlət sərhədinə keçirilməsini bir neçə amil ilə izah etmək olar. Birincisi, bir il bundan əvvəl Azərbaycan hökuməti Ermənistanla dövlət sərhədinə nəzarət funksiyasının Müdafiə Nazirliyindən Dövlət Sərhəd Xidmətinə verilməsi barədə qərar qəbul edib. Bu qərar Ermənistanda isterikaya səbəb olub. Orada istəyirdilər ki, sərhəd döyüş əməliyyatları zonası statusunu saxlasın. Bu, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinə xəlvətcə soxulmalarına imkan verərdi.

İkincisi, Ermənistanın məqsədi özünün üzv olduğu hərbi-siyasi təşkilatları Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etmək idi ki, Azərbaycanın işğal edilməsinə və qarşı təcavüzə görə məsuliyyətdən yaxa qurtarsın.

Ermənistan tərəfindən Azərbaycanla sərhəddə törədilmiş provokasiya bir daha sübut edir ki, rəsmi Yerevan Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə nizamlanmasında maraqlı deyil.

Qutun fikrincə, Ermənistan rəhbərliyi bu hərəkəti ilə Ermənistanda COVID-19-un geniş yayılması ilə əlaqədar gərginləşən sosial-iqtisadi problemlər fonunda vəziyyəti mürəkkəbləşdirməyə çalışır.

Arye Qut deyib: “Ermənistanda COVID-19 pandemiyası ilə bərabər elektrik enerjisi verilişində fasilələr, dərin iqtisadi böhran, işsizlik göstəricisinin 30 faiz, yoxsulluq göstəricisinin 50 faiz həddində olması kimi çoxlu daxili iqtisadi problemlər də mövcuddur. Başqa sözlə desək, Ermənistanın indiki baş naziri Azərbaycanla sərhəddə hərbi əməliyyatlara provokasiya etməklə öz xalqının diqqətini daxili problemlərdən yayındıraraq öz hakimiyyətini qoruyub saxlamağa çalışır, halbuki bu daxili problemlərin bəziləri koronavirus pandemiyası səbəbindən əhəmiyyətli dərəcədə kəskinləşib”.

Arye Qut qeyd edib ki, İsraildə yaşayan Azərbaycan Yəhudilər icması bu səbəblər üzündən koronavirus pandemiyası ilə bağlı təhlükəyə baxmayaraq Təl-Əvivdə etiraz nümayişi keçirməyi qərara alıb. Arye Qut deyib: “Biz, Azərbaycandan olan yəhudilər Ermənistanın provokasiyalarına qarşı etirazımızı və Azərbaycanı dəstəklədiyimizi bildiririk. Bu nümayiş ABŞ-da və Yer kürəsinin başqa hissələrində keçirilən nümayişlərdən fərqlənir. Əgər polis olmasaydı ermənilər Los-Ancelesdə və başqa yerlərdə olduğu kimi bizə hücum edərdilər. Mən polisi dəvət etdim ki, ermənilər təxribat törədə bilməsinlər”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub VİDEO

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ

“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib

Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər VİDEO

Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib

Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir

Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO

Növbəti rəqəmsal SAT imtahanı keçirilib

Kamila Vaden: Ərazilərin minalardan təmizlənməsinə şahidlik etmək bizi çox sevindirir VİDEO

 Bəzi yerlərdə intensiv yağış, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanında 189 nəfər müvəffəqiyyət qazanıb

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək

Dialoq Forumunun gündəliyindəki məsələlər Azərbaycanın yeni çağırışların qarşısının alınmasına hərtərəfli töhfəsindən xəbər verir - ŞƏRH

Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi təşkil olunub

Ekspert: Elektrik və qazpaylayıcı şəbəkələrdə yeni tənzimləmələr xərclərin optimallaşdırılmasına təsirini göstərəcək

DİN: Keyfiyyətsiz yuyucu vasitələr hazırlayan gizli sex aşkarlanıb VİDEO

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun ilk qalibləri mükafatlandırılıblar

Avropa Komissiyası fermerlərə yardımı davam etdirəcək

Mingəçevirdə Ümummilli Liderə həsr olunan respublika elmi konfransı keçirilib

Tramp seçkiqabağı sorğularda Baydendən 10 faiz önə çıxıb

Təhsil proqramının məzmunu dəyişdirilmədən ixtisasın adı dəyişdirilə bilərmi?

Gənc bioloqlardan “Biz irəlidəyik” adlı ekoloji aksiya təşəbbüsü

HƏMAS nümayəndələri atəşkəs danışıqları üçün Qahirəyə gedib

BMT-nin Baş katibi: Ekoloji böhran jurnalistlərin ən prioritet sahəsi olmalıdır

Yeni ixtisasların açılmasına dair ümumi tələblər müəyyən edilib

Rusiyalı ekspert: Azərbaycanın böyük yaşıl enerji potensialı var – MÜSAHİBƏ

“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

FIFA futbolda inqilabi dəyişikliyə hazırlaşır

“Yeni təhsil proqramlarının açılması Qaydaları” təsdiq edilib

ABŞ-da aprel ayında işsizlik səviyyəsi 3,9 faizə yüksəlib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Ekspertlər: Stresə qalib gəlməyin pulsuz və sadə üsulu tapılıb

Azərbaycanın qrup hərəkətləri komandası Avropa Kubokunda bürünc medal qazanıb

Ötən müddətdə “Könüllü DOST” proqramına 4,8 min nəfərdən çox şəxs cəlb edilib

Xarici səyyahlar Cəbrayılda minatəmizləmə əməliyyatları barədə məlumatlandırılıb VİDEO

Nigeriyada kəndlərə hücum edən silahlılar 25 nəfəri öldürüb

Norveçli səyyah: Qarabağ və Şərqi Zəngəzur gözəl təbiətə malikdir

Bakıdakı Rus evində “Rus dilinin elçiləri” maarifləndirici tədbirlər keçiriləcək

Faktiki hava: Bəzi yerlərə arabir yağış, Şahdağa isə qar yağıb

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Boeing” kosmosa ilk astronavtlarını göndərir

“Samsung” kompaniyası İsrail bazarını tərk edir

Futzal üzrə Azərbaycan Tələbə Liqasına yekun vurulub, qaliblər mükafatlandırılıb

Səttar Bəhlulzadənin 115 illiyi ilə əlaqədar uşaqlar arasında rəsm sərgisi başa çatıb

Avropa Cüdo Birliyinin rəsmisi: Azərbaycan dünyada böyük yarışlara ev sahibliyi etməklə məşhurdur

“Circus Sea Breeze” arenasında beynəlxalq sirk proqramı təqdim ediləcək

Fernando Lottenberq: Azərbaycanda antisemitizmin baş verməməsi tolerantlığın parlaq nümunələrindəndir

Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində

“ANİMAFİLM festivalı regionlarda” layihəsi davam edir