MƏDƏNİYYƏT
Tiago De Oliveyro Pinto: “Muğam aləmi” Beynəlxalq Muğam Festivalı mədəniyyətlərarası dialoqu inkişaf etdirmək üçün çox mühüm platformadır
Bakı, 13 mart (AZƏRTAC). “Muğam aləmi” Beynəlxalq Muğam Festivalı mədəniyyətlərarası dialoqu inkişaf etdirmək üçün çox mühüm platformadır.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Muğam aləmi” Üçüncü Beynəlxalq Muğam Festivalı çərçivəsində “Azərbaycan muğamlarında və Şərqin oxşar ənənəvi janrlarında musiqi alətlərinin rolu” mövzusunda keçirilən Beynəlxalq elmi simpoziumda iştirak edən Almaniyanın Musiqi İnstitutunun professoru Tiago De Oliveyro Pinto söyləmişdir.
Professor T.Pinto demişdir ki, belə bir festivalın təşkili muğamla məşğul olan, onu tədqiq və ifa edənlərin görüşməsinə böyük imkanlar yaradır.
Festivalın əhəmiyyətindən danışan qonaq bu mötəbər tədbirin ölkələr arasında beynəlxalq münasibətlərin inkişafında xüsusi rol oynayacağını da əminliklə qeyd etmişdir.
Professor, həmçinin bir sıra dünya telekanallarında yayımlanan videoçarxlar vasitəsilə ölkəmiz haqqında məlumatlar əldə etdiyini bildirmişdir.
Azərbaycanda ilk dəfə olduğunu deyən qonaq şəhərin gözəlliyindən, Bakının qədim və modern tikililərindən, ölkəmizin sürətli inkişafından söz açmışdır.
Qonaq, eləcə də şəhərdəki restoranların, Azərbaycan mətbəxinin, milli yeməklərin çox gözəl olduğunu demişdir.