Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Tikinti üslubuna görə dünyada cəmi dörd belə məscid var – Qobustandan reportaj VİDEO

Qobustan, 22 noyabr, Rəşad Türkoğlu, AZƏRTAC

Qobustan rayonunun 5 min il tarixə malik olan Sündü kəndinə üz tutanların ilk baş çəkdikləri yerlərdən biri burada yerləşən Əbu-Bəkr adına Cümə məscididir. Sündüdə oturaq həyatın min illər əvvələ gedib çıxdığını söyləyən kəndin yaşlı sakinləri hələ o vaxt məscidin tikintisini də burada insanların sıx məskunlaşmaları ilə əlaqələndirirlər. Üzərindəki daş kitabəyə görə Hicri-qəməri təqvimi ilə 307-ci ildə, Miladi təqvimə görə isə 920-ci ildə tikilən məscid vaxtı ilə buradakı yerli əhalinin təşəbbüsü ilə inşa olunub.

AZƏRTAC xəbər verir ki, kəndin mərkəzi hissəsində yerləşən bu məscid qədimliyi ilə yanaşı, unikal tikinti formasına görə də diqqət cəlb edir. Sündü kəndinin Əbu-Bəkr adına məscidinin icma sədri Rzaxan Xasıyev tarixi əhəmiyyətinə görə abidənin Şamaxı Cümə məscidi və Dəmirçi kənd məscidindən sonra 3-cü yerdə olduğunu vurğulayır. “Tikinti üslubuna görə Azərbaycanda demək olar ki, bu cür məscid yoxdur. Tamamilə əhəng daşından tikilib, başqa heç bir materialdan istifadə olunmayıb. Dünyada cəmi 4 məscid bu cür tikilib. Biri ümumiyyətlə dağılıb və hazırda yoxdur. Biri də İraqdadır. Bənzər xüsusiyyətləri özündə daşıyan digər məscid haqqında isə məlumatım yoxdur. Abidənin qədimliyini isbat edən nüanslardan biri də məsciddəki hücrələrdən Azərbaycanda, bəlkə də dünyada belə olmamasıdır. Burada insanlar heç kəsə görünmədən ibadətlə məşğul olardılar. Onların gündəlik qidaları bir stəkan şərbət olub. Burada ibadət edib, elə burada da qalardılar”.

Təəssüf ki, bu tarixi abidə müəyyən dövrlər təyinatı üzrə istifadə olunmayıb. “Sovet dönəmində məscidin fəaliyyət göstərməsinə icazə verilmirdi. Taxıl anbarı, mağaza anbarı kimi, müxtəlif məqsədlər üçün istifadə olunub”, - deyə icma sədri bildirib.

Müstəqilliyimizin bərpasından sonra isə məscid əvvəlki statusuna geri qaytarılıb. Kəndə gələn turistlərin, tarixçilərin, çəkiliş qruplarının baş çəkdikləri ilk məkanlardan olan bu məscid tikildikdən sonra iki dəfə - 1757-ci və 1878-ci illərdə təmir-bərpa edilib, üzəri daş örtüklə işlənib.

Kənd sakini Cabir Allahverdiyev deyir ki, son 150 ildə restavrasiya işləri aparılmayan məsciddə yenidən təmirə ehtiyac var: “Bu məscid sonuncu dəfə 1873-cü ildə bərpa edilib. Belə bir tarixi abidəni qorumaq hər birimizin borcudur. Bacardığımız qədər də qoruyuruq. Amma zəlzələlər, hava şəraiti nəticəsində məsciddə müəyyən çatlar yaranıb, daşlar ovunur, aşınmaya məruz qalır”.

Cabir Allahverdiyev onu da bildirib ki, Sündü kəndi Azərbaycanda ən qədim kəndlərdən biridir. Burada aparılan ilkin arxeoloji tədqiqatlardan belə müəyyən etmək mümkündür ki, əhalinin burada yaşamasının tarixi Erkən Tunc dövründən götürülür. Erkən Tunc dövründə əhalinin dağətəyi bölgələrdə məskunlaşması tarixi bu kəndə də aiddir. Bu hesabla götürsək, Sündü kəndində yaşamın tarixi 5000 ildən artıqdır. Bu tarixin qədimliyini kəndin ərazisində olan maddi-mədəniyyət abidələri də təsdiqləyir. Kəndin ərazisində qədim qəbiristanlıqların mövcudluğu burada vaxtilə Xəzər-ərəb müharibələrinin getdiyini sübut edən faktlardandır. Kəndin şimal-qərb hissəsində yerləşən qəbiristanlıqlar da bunu təsdiq edir. Qəbiristanlıqlarda olan küp saxsı, daş qutu, katakomba, sərdabələr və müasir qəbirlər üslubuna, hündürlüyünə və eninə görə bir-birindən xeyli fərqlənir.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli isə Sündü kəndindəki Cümə məscidinin mövcud vəziyyəti ilə bağlı açıqlamasında bildirib ki, Sündü kəndindəki məscid yerli əhəmiyyətli memarlıq abidəsi kimi reyestrə daxil edilib. Hazırda bu tarixi tikili dini ibadət ocağı kimi fəaliyyət göstərir. Məscidin qorunmasına Dövlət Xidmətinin yerli əməkdaşları tərəfindən nəzarət olunur.

Fariz Hüseynli qeyd edib ki, əgər məscidin hər hansı hissəsində cari bərpaya ehtiyac yaranıbsa, sakinlər bununla bağlı Dövlət Xidmətinə məlumat verə bilərlər. Bundan sonra Xidmət tərəfindən mütəxəssis göndəriləcək və qiymətləndirmə aparılacaq. O vurğulayıb ki, tarixi tikili abidə mühafizəçisi tərəfindən də daim nəzarətdədir. Məsciddə hər hansı qəzalı vəziyyət yaranarsa, bununla bağlı Dövlət Xidmətinə dərhal məlumat ötürülür.

Qeyd edək ki, Sündü kəndində olan qədim Cümə məscidi tarixi abidə kimi qeydə alınıb, hazırda dövlət tərəfindən qorunan abidələr sırasındadır.

Tikinti üslubuna görə dünyada cəmi dörd belə məscid var –  Qobustandan reportaj VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Konfrans Liqası: İngiltərədə sensasiya, "Fiorentina"dan çətin qələbə

Avropa Liqası: "Bayer"dən səfər qələbəsi, “Marsel”dən heç-heçə

Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəlirində ciddi artım müşahidə edilir

İsveçli rejissor Naxçıvanda film çəkəcək

ABŞ-də aksiyalarda həbs olunanların sayı 2 min nəfəri keçib

Macarıstanda şərab sammiti keçirilib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" "Neftçi"ni məğlub edərək yarımfinala yüksəlib

“Xalqa bağışlanmış ömürdən anlar” kitabı Bişkekdə qırğız dilində işıq üzü görüb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar VİDEO

XTNS-də Azərbaycanın faşizm üzərində qələbəyə verdiyi töhfəyə həsr olunmuş tədbirlər keçiriləcək

SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb

Karmen Romero: Azərbaycanda COP29-un keçirilməsini səbirsizliklə gözləyirəm

Heydər Əliyev Sarayında "Əbədi məşəl" adlı konsert təşkil olunub

Ceyhun Bayramov BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri ilə görüşüb

Dünya mətbuatı VI Mədəniyyətlərarası Dialoq Forumunu diqqət mərkəzində saxlamaqda davam edir

Azərbaycan və Tacikistan xarici işlər nazirlikləri arasında məsləhətləşmələr aparılıb

Türkiyə mediası Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki açıqlamalarına geniş yer verib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ukraynanın nümayəndə heyəti ilə görüş keçirilib

® “Bakcell” çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi

“Əlyazmaların mühafizəsi, invertarlaşdırılması və pasportlaşdırılması” - mühazirə

Film Fondunda Cəfər Cabbarlının 125 illik yubileyi qeyd edilib

Martinq Kruminq: Dialoq Forumu müxtəlif mədəniyyətlərə malik insanları bir araya gətirməyə şərait yaradır

Azərbaycan Asiya İnkişaf Bankının illik toplantısında təmsil olunur

Norveçli səyahətçi: Dağıdılmış mənzərələrə şahidlik etmək həddən artıq dəhşətlidir

Azərbaycan və Türkiyə ombudsmanları arasında görüş keçirilib

Monitorinqlər davam etdirilir: 145 müəssisədə nöqsanlar aşkarlanıb

Azərbaycan-İspaniya əməkdaşlığının dərinləşdirilməsi barədə fikir mübadiləsi aparılıb

Rusiya Federal Məclisinin Federasiya Şurasının nümayəndə heyəti Milli Məclisdə olub

Növbəti "Təhsildə yeni çağırışlar” konfransı Xaçmazda keçiriləcək

ANAMA sədrinin birinci müavini: Mülki təyinatlı ərazilərin qəsdən minalanması insanlıq əleyhinə cinayətdir

ADNSU-nun tələbələri Fizika İnstitutunda aparılan tədqiqatlar barədə məlumatlandırılıb

Natali Minaçi: Müstəmləkəçi ölkələr yerli xalqların mədəniyyətlərini məhv etməyə çalışır

Tayeb Mansuri: Mədəniyyətlərarası dialoq ziddiyyətlərin aradan qaldırılması üçün çox gözəl vasitədir

Milli Məclislə Beynəlxalq Parlamentarilər Konqresi arasında əməkdaşlığa dair müzakirələr aparılıb

"Prezident Kuboku-2024": Azərbaycan avarçəkənləri günü 1 dəst medalla başa vurublar

Zeki Aktürk: Azərbaycanın antiterror tədbirləri nəticəsində sabitliyin bərqərar olması ilə Birgə Monitorinq Mərkəzinin fəaliyyəti başa çatıb

Milli Məclis ilə AIPA arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Slovakiya nümayəndə heyəti Forumda gündəmə gətirilən məsələlərin aktuallığını qeyd edib

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 7 mart tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar təyin edilir

“Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Katibliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Yaz semestrində 5 mindən çox tələbə təhsil krediti alıb

Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramin Ələmşah oğlu Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Hövsan, Mərdəkan və Şüvəlandan ekspres avtobus marşrutları fəaliyyətə başlayacaq

Norveçli səyyahlar Ağdam şəhərinə səfər ediblər VİDEO

Klublar Komitəsinin son iclasında müzakirə olunan məsələlər açıqlanıb

Mərakeş Krallığı 2024-2025-ci tədris ili üçün təqaüd proqramı elan edir

Lük Fransis Karol: Assimilyasiya siyasəti mədəniyyətlər arasında dinc qarşıdurma deyil, tam müharibədir

Gürcüstan ABŞ-la strateji tərəfdaşlıq danışıqlarından imtina edib

Milli Məclisin sədri İtaliya Parlamenti Deputatlar Palatasının vitse-prezidenti ilə görüşüb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində uqandalı nazirlə görüş keçirilib

Azərbaycan Texniki Universitetində MBA proqramı çərçivəsində müəllimlər işə qəbul edilir

Həsən Əliyev küçəsindən metronun “Koroğlu” stansiyasına qədər yeni yolun tikintisinə başlanılıb

QS-nin regional direktoru ADNSU-da olub

® Naxçıvan Baş Gömrük İdarəsində işlə bağlı stress və onun qarşısının alınmasına həsr olunan təlim keçirilib

Yeni domen adlarında Azərbaycan əlifbasında olan hərflərdən istifadə nəzərdə tutulur

Mərakeş parlamentarisi Bakı Forumunun beynəlxalq əməkdaşlığa töhfələrini yüksək dəyərləndirib

Küveytin UNESCO-dakı nümayəndəsi: Bakı Forumu çox maraqlı mövzuları əhatə etdi

“Metodist hazırlığı” müsabiqəsinə qoşulmaq istəyənlərin nəzərinə

Nur Jazlan Bin Məhəmməd: Azərbaycanın bütün dünyaya nümunə olmaq istiqamətində gördüyü işləri dəstəkləyirəm

Azərbaycan məktəbliləri 41-ci Balkan Riyaziyyat Olimpiadasında uğur qazanıblar

İkinci Dünya müharibəsi iştirakçılarına xüsusi qayğının növbəti təzahürü

Monitorinqlər zamanı 71 ticarət və 74 ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlanıb

Tələbə Elmi Cəmiyyətinin VI elmi-praktik konfransı keçirilib

Karbonsuz istehsal, dayanıqlı inkişaf, innovativ texnologiyalar - konfrans

Azərbaycan və Belarus qida təhlükəsizliyi sahəsində əməkdaşlığı genişləndirəcək

Akkan Suver: Qalib Prezident İlham Əliyevin dialoqun önəmini vurğulaması dünyada sülhün dialoqla qurula biləcəyini bir daha göstərdi

Respublika fənn olimpiadalarının final turunun biologiya və coğrafiya üzrə ilkin nəticələri elan edilib

AIPA-nın baş katibi COP29-a hazırlıq işləri barədə məlumatlandırılıb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi olub

Adil Kərimli: Əsas məqsəd mədəniyyətin iqlim dəyişikliyi məsələlərinin həll olunmasında önəmli yer tutmasıdır

Azərbaycan və Rusiya arasında cari regional vəziyyət müzakirə olunub

“Müxtəlifliyin qorunması: multikultural dünyada çağırışlar və qlobal əməkdaşlığın təşviq edilməsi” mövzusunda müzakirələr aparılıb

ICESCO-nun Baş direktoru: Biz tolerantlığı və dinc yaşamağı təşviq etməliyik

Müsəlman din xadimləri Yuxarı Gövhər Ağa məscidində namaz qılıblar

Fransız Polineziyasında və Yeni Kaledoniyada müstəqillik mübarizəsi istiqamətində atılan addımlar genişlənir

Polineziya, Korsika, Melaneziya, Karib dənizi və Antil adalarında kolonializmin fəsadları ilə bağlı ATƏT DTİHB-nin direktoruna məktub ünvanlanıb

Sivilizasiyalar Alyansının direktoru: Forumda müzakirə edilən mövzular aktuallığı ilə yadda qaldı

Bakı Forumu çərçivəsində “Keçmiş və gələcəyin mühafizəsi: iqlim dəyişikliyi fonunda mədəni irs” adlı plenar sessiya keçirilib

Alternativ məktəbəqədər sinfə mediatur təşkil edilib

Səbinə Hacıyeva: Mina səbəbindən arxeoloji baxımdan çox dəyərli məkanlara daxil ola bilmirik

"Prezident Kuboku-2024": Azərbaycanın daha bir avarçəkəni medal qazanıb

Tank bölmələri ilə intensiv döyüş hazırlığı məşğələləri keçirilir VİDEO

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib VİDEO

Afrika Ümumdünya İrs Fondunun icraçı direktoru Azərbaycan Hökumətinə təşəkkür edib

İcraçı direktor: Bakı Təşəbbüs Qrupunun fəaliyyətinə Fransa tərəfindən müəyyən reaksiyalar var VİDEO

Mədəni liderlərin konsultativ görüşü: “Mədəni diplomatiya təcrübədə: mədəniyyətlərarası anlaşmanın inkişafı"

Leysan yağışlar səbəbindən Dubayda 13 aviareys ləğv edilib

Bakı Təşəbbüs Qrupunun rəhbəri: Fransanın dənizaşırı ərazilərinin və Korsikanın müstəqillik mübarizəsinə dəstək göstəririk VİDEO

ICESCO Baş katibinin müşaviri: Qeyri-maddi və maddi mədəni irs abidələri təhlükə altındadır

Baş katibin müavini: Azərbaycanın tətbiq etdiyi “ASAN Viza” sistemi turistlər üçün olduqca əlverişlidir

Heydər Əliyev Fondunun Rusiyadakı layihələri müzakirə olunub

Ərdoğan: Bəzi Avropa ölkələrində ifrat irqçiliyin dəstəkləməsi Qərb demokratiyası üçün fəlakətdir

Keniyadan olan din xadimi: Gördüyümüz mənzərə, törədilən vəhşiliklər çox ürəkağrıdıcıdır

Abbas Abbasov: Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi təsisatın əsas prinsiplərinə uyğun həyata keçirilib

Qırğızıstanda dondurma maşını 28 uşağı yaralayıb

“Riyaziyyat, mexanika və informasiya texnologiyalarının müasir məsələləri” - BDU-da elmi konfrans

BMU ilə İNHA Universiteti arasında ikili diplom proqramı üzrə Rəhbər Komitənin iclası keçirilib