RƏSMİ SƏNƏDLƏR
T.M. Ziyadovun Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Baş direktoru təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Taleh Məhəmməd oğlu Ziyadov Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Baş direktoru təyin edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 noyabr 2014-cü il.