DÜNYA
Tokio Fond Birjasında “Nikkei” indeksi 1990-cı ildən bəri ilk dəfə 30 min həddini ötüb
Tokio, 15 fevral, AZƏRTAC
Fevralın 15-də Tokio Fond Birjasının əsas aparıcı “Nikkei” indeksi 1990-cı ildən bəri ilk dəfə 30 min həddini ötüb.
AZƏRTAC xəbər verir ki, həmin gün Tokio Fond Birjasında Yaponiyanın 225 aparıcı şirkətinin səhmlərini özündə əks etdirən “Nikkei” indeksi ötən cümə gününün göstəricisini 1,9 faiz üstələyərək 30084 bəndində qərarlaşıb. Bildirilir ki, bu indeks 1990-cı ilin avqustundan bəri ilk dəfə 30 min həddini ötüb.
Qeyd edilir ki, investorlar ABŞ iqtisadiyyatında gözlənilən əlavə stimulları və bütün dünyada peyvəndləmənin uğurla davam etməsinin iqtisadiyyatın bərpasına müsbət təsirini nəzərə alaraq səhmləri almağa başlayıblar.
Birjanın əsas indeksinin cari ildə ümumilikdə təqribən 10 faizədək artdığı vurğulanır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]
Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək
- 07.05.2024 [14:56]
2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub
- 07.05.2024 [14:50]