Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Torpaq bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alır:

“Torpaq bazarı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, №7, maddə 390; 2002, №5, maddə 241; 2003, №1, maddələr 11, 13; 2006, №6, maddə 478, №8, maddə 657; 2007, №1, maddə 3, №6, maddə 571; 2008, №5, maddə 348, №12, maddə 1048; 2012, №6, maddə 504) 9-cu maddəsinin dördüncü hissəsində “alğı-satqı aktı tərtib edilir” sözləri “müqavilə bağlanılır” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 fevral 2014-cü il. 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin