DÜNYA
“Total” Türkiyədəki YDM şəbəkəsini “Demirören” qrupuna satıb
Bakı, 2 sentyabr, Nihat Budaqov, AZƏRTAC
Fransanın “Total” şirkətinə məxsus Türkiyədəki yanacaqdoldurma məntəqələri (YDM) şəbəkəsini 325 milyon avroya “Demirören” qrupu alıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Total”ın saytında məlumat verilir. Bildirilir ki, “Total” Türkiyədəki pərakəndə fəaliyyətləri - YDM şəbəkəsi, satış, tədarük və logistika xidmətlərinin satışı ilə bağlı “Demirören” qrupu ilə müqavilə imzalayıb.
“Total” icraiyyə komitəsinin üzvü Filippe Boisseau bir neçə ildir ki, şirkətin Türkiyədəki fəaliyyəti ilə bağlı araşdırmalar apardıqlarını və nəzərdə tutulan gəlirlilik səviyyəsinə çatmaq üçün kifayət qədər böyük bir pərakəndə bazar payına yiyələnmələrinin çətin olacağına qərar verdiklərini deyib.
Bildirib ki, satış əməliyyatının bir neçə ayda tamamlanması gözlənilir.