İQTİSADİYYAT
Tovuzda 9 ayın social-iqtisadi yekunları müzakirə olunmuşdur
Tovuz, 29 oktyabr (AZƏRTAC). Oktyabrın 28-də Tovuz Rayon İcra Hakimiyyətində cari ilin doqquz ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov bildirmişdir ki, ilin birinci yarısında rayonun iqtisadi göstəricilər ötən ilin müvafiq dövrü ilə müqayisədə nəqliyyat sahəsində 7,3 faiz, ticarətdə 20,6 faiz, pullu xidmətlərdə 17,6 faiz artmışdır.
Hesabat dövründə ötən ilin müvafiq dövrünə nisbətən ət istehsalı 2,8 faiz, süd 2,6 faiz, yumurta 1 faiz, yun 1,9 faiz faiz, mal-qaranın baş sayı 16 faiz artmışdır. Üzümçülükdə də yüksəliş müşahidə olunmuşdur. Belə ki, cari ilin doqquz ayında üzüm bağlarından 4 min 615 ton məhsul yığılmışdır.
Rayonda 1.354 iş yeri açılmışdır ki, bunun da 599-u daimidir.
Təhsil sistemində səmərəliliyin artırılması üçün müntəzəm iş aparılır. Səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi, əhaliyə göstərilən tibbi xidmətin yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülmüşdur.
Hesabat dövründə rayonda 2 min 471 ailənin 11 min 785 üzvünə ümumilikdə ayda 247 min manatdan cox ünvanlı sosial yardım ödənilmişdir.