CƏMİYYƏT
Tovuzda bitki mühafizə vasitələrinin satış məntəqəsində nöqsanlar aşkar olunub
Bakı, 25 yanvar, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Tovuz rayonunun Düz Qırıqlı kəndində fiziki şəxs Həsənov Rəşad Arzuman oğluna məxsus bitki mühafizə vasitələrinin satış məntəqəsində aparılan yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ sənədlərin tələblərinin pozulduğu müəyyən edilib.
Məntəqədə yararlılıq müddəti bitmiş 21 ədəd pestisid və aqrokimyəvi maddə aşkar olunub.
Aşkar edilmiş pozuntularla əlaqədar qanunvericiliyə uyğun olaraq fiziki şəxs inzibati məsuliyyətə cəlb edilib, istehlak üçün yararsız 25 litr pestisid və aqrokimyəvi maddə satışdan çıxarılıb.
Sahibkara müvafiq qanunvericiliyin tələbləri izah edilib və nöqsanların qısa zamanda aradan qaldırılması barədə göstəriş verilib.