Tovuzda ikimərtəbəli ev yanıb VİDEO
Tovuz, 1 iyul, Ruslan Novruzoğlu, AZƏRTAC
Tovuzda yanğın hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Tovuz şəhərinin Əhməd Cavad küçəsində qeydə alınıb. Həmin küçədə yaşayan Dilbariz Abbasova məxsus ümumi sahəsi 250 kvadratmetr olan ikimərtəbəli evdə anidən yanğın olub.
Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı evin 90 kvadratmetr sahəsi əşyalarla birlikdə yanıb.
Yanğın söndürülüb, yaxınlıqdakı tikililər yanğından mühafizə edilib. Faktla bağlı araşdırma aparılır.