Tovuzda törədilən qətlin təfərrüatları məlum olub – YENİLƏNİB VİDEO
Tovuz, 7 avqust, AZƏRTAC
Tovuzda güllələnərək qətlə yetirilən şəxsin kimliyi məlum olub.
AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, qətlə yetirilən şəxsin 1961-ci il təvəllüdlü Məlahət İsayeva olduğu bildirilir.
İlkin məlumata görə, qətl onun qardaşı oğlu - 1997-ci il təvəllüdlü Ülvi İsayev tərəfindən törədilib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən Ülvi İsayev saxlanılaraq istintaqa təhvil verilib.
14:13
Tovuzda güllələnmə hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, hadisə rayonun Əlimərdanlı kəndində yerləşən fermada qeydə alınıb. Fermada bir nəfər güllələnərək qətlə yetirilib.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb ediliblər.
Faktla bağlı araşdırma aparılır.
Müxbir - Ruslan Novruzoğlu