SİYASƏT
TOVUZDA YENİ AZƏRBAYCAN PARTİYASININ YARANMASININ 17 İLLİYİ MÜNASİBƏTİLƏ TƏDBİR KEÇİRİLMİŞDİR
Tovuz , 21 noyabr (AZƏRTAC). Tovuzda Yeni Azərbaycan Partiyası (YAP) təsis olunmasının 17-ci ildönümünə həsr olunmuş toplantı keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə ülü öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılmış abidəsi önünə tər çiçək dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Toplantıda Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov, YAP Tovuz rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Məzahir Bayramov və başqaları çıxış edərək demişlər ki, 1992-ci ilin noyabrında Naxçıvanda ağır şəraitdə, böyük təzyiqlər altında yaranan siyasi təşkilat çox qısa zamanda ümumxalq partiyasına çevrilmişdir.
Dövrün tələbi ilə yaranan YAP o zamankı hakimiyyətə müxalif partiya kimi yaransa da, sonradan xalqın dəstəyi ilə təkmilləşmiş, sıraları genişlənmiş, ölkənin ən böyük və ən güclü siyasi qüvvəsi olmuşdur. Partiyanın siyasi kursunun əsasında xalqa, dövlətə xidmətin dayanması, Azərbaycanın müstəqilliyinin, dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində atdığı addımlar onun gələcəyinə inamı artırmış, tərkibinin həm kəmiyyət, həm də keyfiyyət baxımından möhkəmlənməsinə şərait yaratmışdır.
Natiqlər YAP-ın yaranmasında və ümumxalq partiyasına çevrilməsində ümümmilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən söz açaraq bildirmişlər ki, bu gün Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev ulu öndərin siyasi kursunu uğurla davam etdirir.
Tədbirdə bir qrup partiya üzvünə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim edilmişdir.