TOVUZDA YENİ MEŞƏLƏR SALINIR
Tovuz meşə mühafizəsi və bərpası müəssisəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, müxtəlif ağacların bir tondan artıq toxumunu tədarük etmiş meşəçilər 700 min ədəd əkin materialı yetişdirmişlər. Onlar cari ildə 100 hektar yeni meşə salmağı planlaşdırmışlar. Bunun 40 hektarı artıq hazırdır.
Daha 60 hektarda əkin aparmaq məqsədilə yer hazırlanmış və əkinə başlanmışdır.
Bundan başqa, qanunsuz ağac kəsənlərə qarşı mübarizə tədbirləri də gücləndirilmişdir. Belə ki, cari ilin on ayı ərzində 176,2 kubmetr qanunsuz ağac kəsilməsi faktı ilə bağlı 1059 manat cərimə təyin edilmişdir. Dəymiş ziyanın 903 manatı könüllü ödənilmiş, qalan məbləğlə əlaqədar iki iş baxılmaq üçün rayon məhkəməsinə göndərilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]