TOVUZDA YENİ MEŞƏLƏR SALINIR
Tovuz meşə mühafizəsi və bərpası müəssisəsindən AZƏRTAC-a bildirmişlər ki, bir tondan artıq toxum tədarük edən kollektiv 700 min ədəd əkin materialı yetişdirmişdir. Cari ildə 100 hektar, o cümlədən yazda 40 hektar yeni meşə salmaq planlaşdırılmışdır.
Meşə salınacaq sahədə hazırlıq işləri başa çatmış və əkinə başlanılmışdır.
Yeni əkin materialı yetişdirmək üçün bir hektar sahədə şitillik salınmışdır. Burada Eldar şamı, sərv, küknar, akasiya, dağdağan, ərik, iydə, badam və qoz tingləri yetişdiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]