SİYASƏT
TOVUZLULAR ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN XATİRƏSİNİ EHTİRAMLA YAD EDİRLƏR
Tovuz, 12 dekabr (AZƏRTAC). Dekabrın 12-də yüzlərlə tovuzlu şəhərin mərkəzindəki Heydər Əliyev meydanında müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli liderin xatirəsinə ehtiramlarını bildirmiş, abidəsi önünə tər çiçək dəstələri qoymuş, buradakı Heydər Əliyev muzeyini ziyarət etmişlər. Muzeydə nümayiş etdirilən fotoşəkillər hamını bir an yaxın keçmişə qaytarmış, ulu öndərin həyat və fəaliyyətinin müxtəlif məqamlarını tamaşaçıların gözü önündə canlandırmışdır.
Həmin gün rayonun bütün təhsil ocaqlarında, o cümlədən peşə liseyində və sosial-iqtisadi kollecdə ilk dərslər ümummilli liderin həyat və fəaliyyətinə həsr olunmuş, şagirdlərə bu dahi şəxsiyyətin uzaqgörən siyasəti nəticəsində qazanılan uğurlardan danışılmışdır.
Ulu öndərin vəfatının 6-cı ildönümü ilə əlaqədar bütün yaşayış məntəqələrində silsilə tədbirlər keçirilmişdir.