ELM VƏ TƏHSİL
“Tozvari materialların dənəvərləşməsinin nəzəriyyəsi və praktikası” kitabı nəşr olunub
Bakı, 4 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının akademik M.Nağıyev adina Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşlarının “Tozvari materialların dənəvərləşməsinin nəzəriyyəsi və praktikası” kitabı rus dilində nəşr olunub.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, kitab müxtəlif təbiətli tozvari materialların dənəvərləşməsi prosesinin nəzəri analizi, modelləşməsi, aparat tərtibatı və layihələşdirilməsinə həsr olunub. Yeni nəşrdə geniş fiziki və fiziki-kimyəvi hadisələr spektrində müəyyən ölçülü, formalı və quruluşlu hissəciklərin modelləşmə prosesləri izah edilir.
Kitab elmi işçilər, texnoloqlar, tələbələr, doktorantlar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.