Tramp ABŞ-da dərmanların qiymətini 59 faiz endirəcək
Bakı, 12 may, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp bazar ertəsi reseptlə satılan dərmanların qiymətinə dair fərman imzalamağı planlaşdırır. Bu fərmanın məqsədi ABŞ-da dərman qiymətlərini digər ölkələrdəki qiymətlərlə uyğunlaşdırmaqdır.
O, “Truth Social” sosial şəbəkəsində yazıb ki, bu addım nəticəsində qiymətlər 59 faiz və daha çox aşağı düşəcək.
AZƏRTAC xəbər verir ki, Tramp ABŞ-ın səhiyyə naziri Robert F. Kennedi ilə birlikdə Ağ evdə bu mövzuda tədbir keçirməyi planlaşdırır.
“Reuters” agentliyinin məlumatına görə, ABŞ-da reseptlə verilən dərmanların qiyməti digər inkişaf etmiş ölkələrlə müqayisədə çox vaxt üç dəfə baha olur. Tramp ilk prezidentlik dövründə ABŞ-ın bu sahədə digər ölkələrlə eyni səviyyəyə gəlməsinə çalışsa da, bu təşəbbüs məhkəmələr tərəfindən bloklanmışdı.
Onun bu barədə həftəsonu səsləndirdiyi fikirlərdən sonra dünya üzrə bir çox əczaçılıq şirkətlərinin səhm qiymətləri enib, ABŞ-da dərman istehsalçılarına məxsus səhm qiymətləri isə 2–3 faiz azalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.11.2026 [17:42]
Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları genişləndirib
- 16.11.2026 [16:10]
Macarıstanda mənzil bazarında qiymət artımı yavaşlayıb, icarə haqları azalıb
- 16.11.2026 [14:28]
Yaponiya Asiyada atom elektrik stansiyalarının inşasına dəstək verəcək
- 16.11.2026 [13:19]