Tramp Kim Çen Inla fevralın 27-28-də görüşəcək
Vaşinqton, 6 fevral, AZƏRTAC
Prezident Donald Tramp çərşənbə axşamı bildirib ki, fevralın 27-28-də Vyetnamda Kim Çen In ilə ikigünlük görüş keçirəcək. Məqsəd Şimali Koreya liderini nüvə silahı istehsalından imtina etməyə inandırmağa yönəlmiş səyləri davam etdirməkdir. Tramp deyib ki, Kim Çen In ilə onun davamlı əlaqələri və keçən ilin iyun ayında onların Sinqapurdakı ilk görüşü sülhə yol açıb, lakin nüvəsizləşdirmə prosesinə dair hələlik konkret plan yoxdur.
AZƏRTAC xəbər verir ki, ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru Den Kouts keçən həftə Konqresdə çıxış edib. O bildirib ki, ABŞ kəşfiyyat əməkdaşları Kim Çen Inın öz ölkəsindəki nüvə silahlarını məhv edəcəyinə və ya bu silahları artırmaq imkanından imtina edəcəyinə inanmırlar, çünki bu silahlar Şimali Koreya rejiminin salamat qalması üçün vasitədir. Keçənilki iyun görüşündən sonra peyklə çəkilmiş videodan məlum olur ki, Şimali Koreya öz hərbi zavodlarında nüvə materialları istehsalını davam etdirir.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.11.2026 [21:54]
Seul üçtərəfli görüşün Koreya yarımadasında sülhə töhfə verəcəyinə ümid edir
- 16.11.2026 [19:55]