İQTİSADİYYAT
Trans-Anadolu qaz kəmərinin təməli gələn ilin əvvəlində Türkiyədə qoyulacaq
Bakı, 9 sentyabr (AZƏRTAC). Trans-Anadolu qaz kəmərinin (TANAP) təməli 2015-ci ilin əvvəlində Türkiyədə qoyulacaq.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev jurnalistlərə müsahibəsində deyib.
ARDNŞ-in prezidenti qeyd edib ki, layihə üzrə işlər davam etdirilir. Torpaqların alınması həyata keçirilir, ərazilərdə planlaşdırma və geologiya işləri aparılır. Artıq layihə üzrə üç nöqtədə tender elan olunub. Tenderlər əsasən tikinti işlərinin aparılması üçün yaşayış məntəqələrinin salınması ilə əlaqədardır.
R.Abdullayev bildirib ki, bu ilin sonunadək başa çatdırılması nəzərdə tutulan tenderlərin qalibləri məlum olduqdan sonda 2015-ci il aprel ayının ilk həftəsindən layihə üzrə sahələrdə qazma və tikinti işlərinə başlanılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]