Tropik meşələr rekord sürətlə yoxa çıxır
London, 21 may, AZƏRTAC
Dünyanın iqlim dəyişikliyinə qarşı mühüm təbii sipər hesab olunan tropik meşələri 2024-cü ildə indiyədək qeydə alınmış ən yüksək sürətlə yoxa çıxıb.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, yeni peyk analizlərinə əsasən, ötən il ərzində təxminən 67 min kvadrat kilometr (təxminən İrlandiya Respublikası böyüklüyündə ərazi) qədim tropik meşə örtüyü məhv edilib. Bu isə dəqiqədə 18 futbol meydançasına bərabər ərazinin itirilməsi deməkdir.
Əvvəlki illərdən fərqli olaraq, bu dəfə tropik meşələrin məhvində əsas səbəb kənd təsərrüfatı məqsədilə torpaqların təmizlənməsi deyil, meşə yanğınları olub. Xüsusilə Amazon meşələri quraqlıq səbəbindən ciddi zərər görüb. Cənub-Şərqi Asiyada isə vəziyyət bir qədər müsbətdir. Region ölkələrinin tətbiq etdiyi dövlət siyasətləri meşə itkisinin azalmasına səbəb olub.
Tropik yağış meşələri torpaqlarda və ağac gövdələrində yüz milyardlarla ton karbon saxlayır. Lakin bu yeni qlobal rekord planetin isinməsi fonunda meşələrin davamlılığı ilə bağlı narahatlıqları daha da artırır. Alimlər xəbərdarlıq edirlər ki, xüsusilə Amazon kimi meşə sistemləri geri dönməz məhv nöqtəsinə, yəni “tipping point”ə yaxınlaşa bilər.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [11:26]
İsveçrədə quraqlıq nəticəsində Qədim Roma dövrünə aid xarabalıqlar üzə çıxıb
- 01.10.2026 [08:26]
Marko Rubio İran nümayəndə heyətinin ABŞ-ni dərhal tərk etməsini tələb edib
- 01.10.2026 [08:10]
CENTCOM: ABŞ qüvvələri İranla əlaqəli 125 ticarət gəmisini nəzarətə götürüb
- 01.10.2026 [07:44]
Nyu-Yorkda Van Qoq, Mone və Sezanın nadir əsərləri hərraca çıxarılacaq
- 01.10.2026 [06:50]
Tramp: ABŞ Hörmüz boğazına tam nəzarət edir
- 01.10.2026 [06:07]
NASA-nın "Crew-13" heyəti bu gün Beynəlxalq Kosmik Stansiyaya yola düşəcək
- 01.10.2026 [05:35]
Tramp: Rusiyanın neft emalı zavodlarındakı vəziyyət dizel qıtlığına yol açır
- 01.10.2026 [04:40]
Tramp inanır ki, Rubio Kuba probleminə həll yolu tapacaq
Texnologiyanın sərhədləri Bakıda: “ADEX-2026”
- 30.09.2026 [23:51]
"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib
- 30.09.2026 [23:21]
Fransa şəkərli məhsullara yeni vergi tətbiq etməyi planlaşdırır
- 30.09.2026 [22:56]
Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir
- 30.09.2026 [22:28]
Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır
- 30.09.2026 [22:11]
Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb
- 30.09.2026 [22:04]
Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə
- 30.09.2026 [21:55]
MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər
- 30.09.2026 [20:55]