İDMAN
Tufandağ massivinə yürüş təşkil ediləcək
Bakı, 29 may, AZƏRTAC
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAIREX) 2015-ci il üçün Təqvim Planına uyğun olaraq, iyunun 13-15-də Şahdağ Milli Parkı ərazisindəki Tufandağ massivinə yürüş təşkil ediləcək.
AZƏRTAC xəbər verir ki, yürüş çərçivəsində Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin anım günündə - iyunun 15-də həmin massivdəki “Çingiz zirvəsi” ziyarət ediləcək.
Federasiya alpinistlərinin “ANS” şirkətlər qrupunun əməkdaşları ilə birlikdə “Çingiz zirvəsi”nə yürüşü artıq ənənəyə çevrilib.
Yürüşdə iştirak etmək istəyən klublar nümayəndələrinin adlarını iyunun 5-dək FAİREX-ə bildirməlidir.
Ünvan: Nobel prospekti 61, telefon 012-424-29-81, elektron ünvan: [email protected]