DÜNYA
Tunisdə dünyanın ən böyük dövlət bayrağı hazırlanıb
Paris, 4 may, AZƏRTAC
Tunisdə dünyanın ən böyük dövlət bayrağı hazırlanıb. 19 futbol meydançası boyda olan nəhəng bayrağı nümayiş etdirmək üçün xüsusi olaraq Tunis şəhərinin cənubundakı Ong Jmel səhrası seçilib.
Bu münasibətlə keçirilən tədbirə minlərlə tunisli və xarici turist qatılıb. Ağ və qırmızı rəngli bayrağın ümumi sahəsi 104.544 kvadratmetrdir. Bayraq 80 kilometrlik parçadan hazırlanıb, ümumi çəkisi 12,6 tondur.
Tunislilər dövlət bayraqlarının Ginnesin Rekordlar kitabına düşəcəyinə əmindirlər.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]
Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək
- 07.05.2024 [14:56]
2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub
- 07.05.2024 [14:50]
Paşinyan AİB sammitində iştirak etmək üçün Moskvaya gedəcək
- 07.05.2024 [14:48]
Qırx milyon filippinlinin içməli suya çıxışı yoxdur
- 07.05.2024 [14:14]