MƏDƏNİYYƏT
“Turizm həftəsi”ndə ekskursiyalar davam edir
Bakı, 28 sentyabr, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi 27 sentyabr - Beynəlxalq Turizm günü münasibətilə “Turizm həftəsi” elan edib.
Bununla əlaqədar sentyabrın 28-də Nizami rayonu 1 nömrəli Uşaq evinin sakinləri Milli Azərbaycan Tarixi Muzeyində ən qədim dövrdən bu günə kimi Azərbaycan tarixini əks etdirən ekspozisiya zalları ilə tanış olublar.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, “Turizm həftəsi” çərçivəsində Azərbaycanın milli sərvətlərinin, tarixi abidələrinin, xalçaçılıq incilərinin gənclər arasında təbliği və onların bu sahədə məlumatlandırılması məqsədilə ekskursiyalar keçirilir.
Bildirilib ki, bu həftənin sonuna qədər uşaqlar Bakı şəhərinin müxtəlif muzeylərində ekskursiyalarda olacaqlar.