Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident.
Sizi 8 Noyabr - Zəfər Günü münasibətilə Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.
Azərbaycan xalqının sarsılmaz iradəsinin, milli birliyinin və həmrəyliyinin təcəssümü olan bu əlamətdar gün ölkəmizin suverenliyinin, ərazi bütövlüyünün və tarixi ədalətin bərpası naminə göstərilən misilsiz şücaətin, qətiyyətin və Vətənə sonsuz bağlılığın rəmzi kimi tarixin yaddaşına həkk olunmuşdur. Sizin qətiyyətli rəhbərliyinizlə Azərbaycanın qazandığı bu tarixi Zəfər milli həmrəyliyin daha da gücləndirilməsi, regionda davamlı sülhün və sabitliyin bərqərar olması baxımından mühüm əhəmiyyət kəsb edərək gələcək nəsillər üçün əbədi qürur və ilham mənbəyi olaraq qalacaqdır.
Zati-alinizin rəhbərliyi ilə Azərbaycanın Türk dünyasında birlik, həmrəylik və qardaşlıq ruhunun möhkəmləndirilməsinə verdiyi dəyərli töhfələri, Türk dünyasında əməkdaşlığın parlament meyarı kimi TÜRKPA-nın fəaliyyətinə, habelə yerləşmə ölkəsi kimi TÜRKPA Beynəlxalq Katibliyinə göstərilən diqqət və dəstəyi xüsusi qeyd edərək, Zati-alinizə bir daha dərin minnətdarlığımı bildirirəm.
Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, Azərbaycan xalqına və Türk dünyasına davamlı sülh, rifah və tərəqqi arzulayıram.
Yüksək hörmət və ehtiramla,
Ramil Həsən
Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi