ELM VƏ TƏHSİL
“Türk ədəbiyyatına ilk qədəm” dərsliyi yenidən nəşr edilib
Bakı, 24 yanvar, AZƏRTAC
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi şurasının qərarı ilə “Türk ədəbiyyatına ilk qədəm” dərsliyinin “Elm” nəşriyyatı tərəfindən transfonoliterasiya olunmuş variantı çap edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, yeni çap olunmuş kitabın elmi məsləhətçisi filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva-Kəngərli, tərtib edib nəşrə hazırlayan və “Ön söz”ün müəllifi isə Səadət Nəsirovadır. Nəşrin elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru Əli Məmmədbağıroğludur.
Dərslik 1906-cı ildə Bakıda keçirilmiş müəllimlərin birinci qurultayının qarşıya qoyduğu vəzifələrə uyğun olaraq tərtib edilib.
“Türk ədəbiyyatına ilk qədəm” dərsliyi ali məktəb tələbələri və orta məktəb şagirdləri üçün nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [16:03]
Mərkəzi Elmi Kitabxanada istifadəçilərin sayı artıb
- 08.05.2024 [15:47]
İyirmi beş minə yaxın şagird Azərbaycan dili imtahanı verəcək
- 08.05.2024 [15:35]
Akademik İsa Həbibbəyli Türk dünyasının elm xadimləri ilə görüşüb
- 08.05.2024 [15:05]
Şərqşünas alimin məqaləsi Türkiyədə dərc olunub
- 08.05.2024 [13:06]