Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulovadan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Sizi 2024-cü il fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində qazandığınız inamlı qələbə münasibətilə Türk Mədəniyyəti və İrsi Fondu adından, şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.

Müstəqillik tarixində ilk dəfə olaraq Azərbaycanın bütün suveren ərazisində keçirilən seçkilər ölkə vətəndaşlarının Sizə olan yüksək etimadını bir daha nümayiş etdirdi.

İnanıram ki, müdrik rəhbərliyinizlə qardaş Azərbaycan siyasi, iqtisadi və sosial-humanitar sahələrdə yeni-yeni nailiyyətlər əldə edəcəkdir.

Sizə Azərbaycan xalqının rifahı naminə, eləcə də Türk dünyasının birliyi və inkişafı yolunda qarşıya qoyduğunuz ali məqsədlərə nail olmağınızı diləyirəm.

Uca Tanrı Azərbaycanı və Sizi qorusun!

Dərin hörmətlə,

 

Aktotı Raimkulova

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin