Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənovdan

Möhtərəm cənab Prezident,

Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Zati-alinizə ən xoş arzularımı çatdırıram.

Müdrik siyasətiniz nəticəsində Azərbaycan regionun ən inkişaf etmiş ölkəsinə, beynəlxalq aləmdə söz və nüfuz sahibinə çevrilib.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına Sizin daimi dəstəyinizi məmnunluqla ifadə etmək istərdim. Türk dünyasının birliyi, bərabərliyi və möhkəmlənməsi işinə verdiyiniz böyük töhfələr bizi çox sevindirir.

Zati-aliləri, bu xoş fürsətdən istifadə edərək Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti vəzifənizdə uğurlar arzu edirəm.

Dərin hörmətlə,

Ramil Həsənov

Türkdilli Dövlətlərin Əməkdaşlıq

Şurasının baş katibi

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin