DÜNYA
“Turkish Cargo” sirk aslanlarını qoruğa qaytarıb
Bakı, 7 mart, AZƏRTAC
Türkiyənin yükdaşıma şirkəti “Turkish Cargo” 4 aslanı Kiyevdən İstanbul üzərindən Cənubi Afrika Respublikasına (CAR), onların təbii yaşayış mühitinə çatdırıb.
AZƏRTAC yükdaşıma şirkətinin yaydığı məlumata istinadla xəbər verir ki, şirlər Ukraynada təbii mühitindən uzaq, günəş görməyən, havasız 35 kvadratmetrlik beton və paslanmaz qəfəsdə yaşayaraq, sirk heyvanları kimi istifadə olunurdular. Şirlər heyvan hüquqları müdafiəçisi olan “World Lawrence Anthony” təşkilatı (LAEO) tərəfindən xilas edilib. “Türk Hava Yolları”nın qlobal yükdaşıma brendi olan “Turkish Cargo”nun sponsorluğu ilə aslanlar CAR-dakı qoruğa göndərilib.
Aslanlar xüsusi qida ehtiyacı ilə dizayn edilmiş xüsusi konteynerlərdə baytarlar, LAEO-nun iki nümayəndəsi və IATA sertifikatlı “Tukish Cargo” personalının müşayiəti ilə çatdırılıb.
Təxminən 9 kilometr məsafəni əhatə edən uçuşdan sonra aslanlar Afrikanın təbii yaşayış mühitinə malik və 14 min kvadratmetrlik Kraqqa Kamma Milli Parkına buraxılıb.