Azərbaycan Dövlət İnformasiya Agentliyi

TÜRKİYƏ BÖYÜK MİLLƏT MƏCLİSİNİN SƏDRİ ZATİ-ALİLƏRİ CƏNAB BÜLƏND ARINÇA

Hörmətli cənab Sədr,

Türkiyə Böyük Millət Məclisinin Sədri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan ilə Türkiyə arasında dərin tarixi kökləri olan dostluq və qardaşlıq münasibətləri, qarşılıqlı əlaqələrimiz və əməkdaşlığımız daim inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 noyabr 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin